Bütün xəbərlər
ABŞ Argentinaya müdafiə üçün 40 milyon dollar verir
Tarix: 19-04-2024 07:59 | Bölmə: Dünya

Amerikanın Buenos-Ayresdəki səfirliyi Argentinanın Xarici Hərbi Maliyyələşdirmə Proqramı çərçivəsində ABŞ-dan 40 milyon dollar alacağını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, pul müdafiə, təlim xidmətlərinin modernləşdirilməsinə və "F-16" qırıcılarının alınması yolu ilə ABŞ Silahlı Qüvvələri ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına yönəldilməlidir.
Səfirlik aydınlaşdırıb ki, bu cür dəstəyi yalnız mühüm tərəfdaşlar alır.
Bundan əvvəl Argentinanın müdafiə naziri Luis Petri bildirib ki, ölkə NATO-nun tam tərəfdaşı olmaq istəyir və müvafiq sorğunu quruma təqdim edib.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər