Bütün xəbərlər
Professor Jerges: "Bayden ABŞ-ı daha bir fəlakətli müharibəyə sürükləyir"
Tarix: 15-04-2024 21:56 | Bölmə: Dünya

ABŞ prezidenti bilmədən ölkəni Yaxın Şərqdə növbəti fəlakətli müharibəyə sürükləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, London İqtisadiyyat Məktəbinin beynəlxalq münasibətlər və Yaxın Şərq siyasəti üzrə professoru Favaz Jerges NBC News-a istinadən belə deyir.
Ekspert qeyd edir ki, Co Bayden administrasiyasının strategiyası uğursuzluqla nəticələnib. Amerika lideri İsrail baş nazirinin nə Qəzza zolağı, nə də İranla bağlı qərarlarına təsir etmir.
Bundan əvvəl Ağ Evin yüksək rütbəli rəsmisi ABŞ-ın İsraili dəstəklədiyini və onu qeyd-şərtsiz müdafiə edəcəyini bildirmişdi.




Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər