Bütün xəbərlər
Bayden Ukrayna, İsrail və Tayvan üçün ayrı-ayrı yardım paketlərini dəstəkləyib
Tarix: 17-04-2024 22:57 | Bölmə: Dünya

ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvan üçün Nümayəndələr Palatası tərəfindən hazırlanmış ayrı-ayrı yardım paketlərini dəstəkləyib və Konqresi onların tez keçməsinə çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bu qanun layihələrinin Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə imzalanacağına söz verib.
Baydenin sözlərinə görə, bu yolla ABŞ “İranın və ya Rusiyanın uğur qazanmasına” imkan verməyəcək.
Daha əvvəl Nümayəndələr Palatası qanun layihələrinin mətnini dərc edib. Beləliklə, Ukraynaya Ukraynadakı münaqişə ilə bağlı 61 milyard dollar ayırmaq təklif edilir, lakin bu məbləğin 23 milyard dolları ABŞ-ın öz silah anbarını bərpa etmək üçün istifadə olunacaq. Bundan əlavə, Amerika prezidenti bu xərclərin ödənilməsi üçün Kiyevlə danışıqlar aparmalı olacaq.




Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər