Bütün xəbərlər
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
Tarix: 24-04-2024 22:24 | Bölmə: Siyasət

Amerika prezidenti Co Bayden bildirib ki, ABŞ yaxın saatlarda Ukraynaya hərbi tədarüklərə başlayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Kiyevə hava hücumundan müdafiə, artilleriya, raket sistemləri, eləcə də zirehli texnika üçün sursatların göndəriləcəyini açıqlayıb.
Bayden Ukrayna, İsrail və Hind-Sakit okean regionundakı müttəfiqlərə hərbi yardım göstərmək üçün Konqres tərəfindən daha əvvəl təsdiqlənmiş qanunlar paketini imzalayıb.
"Mən indicə bu həftə sonu Nümayəndələr Palatasında və dünən Senatda qəbul edilən milli təhlükəsizlik qanun layihəsini imzaladım. Bu, Amerika üçün yaxşı gündür - Amerika daha təhlükəsizdir. Bu, dünyanı daha təhlükəsiz edəcək", - Bayden ABŞ vətəndaşlarına müraciət edərək deyib.
Nümayəndələr Palatası qanun layihələrini aprelin 20-də, Senat isə aprelin 23-də təsdiqləyib. Paketin həcmi 95 milyard dollar təşkil edib ki, onlardan demək olar ki, 61-i Ukrayna, 26-sı İsrail, qalanı isə münaqişə zonalarında, o cümlədən Qəzza zolağında mülki insanlara humanitar yardım göstərmək üçün nəzərdə tutulub.
Baydenin aydınlaşdırdığı kimi, ABŞ Qəzzaya 1 milyard dollar məbləğində humanitar yardım edir və İsrail onun ehtiyacı olanlara tez çatdırılmasını təmin etməyə borcludur.
İmzalanan paketə Rusiya Federasiyası, Çin, İrana qarşı yeni sanksiyaların tətbiqi, o cümlədən müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynaya verilməsi və TikTok sosial şəbəkəsinin bloklanması imkanlarını nəzərdə tutan qanun layihəsi də var.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər