Bütün xəbərlər
Qrossi: "Dünya Zaporojye AES-də nüvə fəlakətinə təhlükəli dərəcədə yaxındır"
Tarix: 15-04-2024 23:48 | Bölmə: Dünya

MAQATE-nin baş direktoru Rafael Qrossi deyib ki, Zaporojye atom elektrik stansiyasına hücumlar dərhal dayandırılmalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, stansiyada nüvə təhlükəsizliyi artıq zəifləyib.
“Rossiya 24” telekanalı tərəfindən yayımlanan BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Qrossi Zaporojye AES-ə edilən son hücumların onun tərtib etdiyi stansiya təhlükəsizliyinin beş prinsipindən birini pozduğuna diqqət çəkib. Məsələ burasındadır ki, stansiya istiqamətində və ya onun tərəfdən hücumlar olmamalıdır. Bu, xüsusilə reaktorlar və işlənmiş yanacaq anbarları üçün doğrudur.
Rafael Qrossi Zaporojye atom elektrik stansiyasına hücumları ehtiyatsızlıq adlandırıb. MAQATE rəhbərinin sözlərinə görə, dünya nüvə fəlakətinə təhlükəli dərəcədə yaxındır. Qəza riskini minimuma endirmək lazımdır.
Ukrayna Silahlı Qüvvələri müntəzəm olaraq Zaporojya AES-ə hücum edir. Bu yaxınlarda Ukraynaya məxsus kamikadze pilotsuz uçan aparat stansiyanın üzərində vurularaq altıncı enerji blokunun damına düşüb. Bir gün sonra Ukrayna Silahlı Qüvvələri unikal təlim mərkəzinə pilotsuz təyyarə ilə hücum edib. Burada dünyada yeganə tam miqyaslı reaktor zalı simulyatoru yerləşir.
Zaporojye AES bloklarının sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin oktyabrında Rusiyanın mülkiyyətinə keçib.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər