Bütün xəbərlər
Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə daimi üzv kimi daxil olmasını dəstəkləməyəcək
Tarix: 18-04-2024 22:58 | Bölmə: Dünya

ABŞ Fələstinin BMT-yə daimi üzv qəbul edilməsinin əleyhinə səs verəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
"Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının təklif etdiyi qətnamənin əleyhinə səs verəcək" deyib.
Bundan əvvəl Fələstin prezidentinin xüsusi nümayəndəsi Ziyad Əbu Amr Təhlükəsizlik Şurasını ölkənin BMT-yə üzvlüyünə dəstək verməyə çağırıb. Rusiya Federasiyasının qurumdakı daimi nümayəndəsi Vasili Nebenzya da eyni bəyanatla çıxış edib.
Aprelin 18-dən 19-na keçən gecə BMT Təhlükəsizlik Şurasının Baş Assambleyaya Fələstini BMT-yə tamhüquqlu üzv kimi qəbul etməsini tövsiyə edən qətnaməyə səsvermə keçiriləcək.
Fələstin hazırda təşkilatda müşahidəçi statusundadır.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər