Bütün xəbərlər
İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sisteminə daxil olub
Tarix: 15-04-2024 09:51 | Bölmə: Dünya

Bazar günü gecə İranın İsrail ərazisinə raket hücumu nəticəsində iki İsrail hava bazası və bir təyyarə zədələnib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti agentliyinin Amerika mediasına istinadla verdiyi məlumata görə, İranın ən azı doqquz raketi İsrail ərazisinə genişmiqyaslı hücum zamanı İsrailin hava hücumundan müdafiə sistemini dəf edə bilib və hədəflərinə çatıb.
İlkin məlumatlara görə, raket hücumu nəticəsində İsrail Hərbi Hava Qüvvələrinin “Nevatim” bazasına doğru atılan 5 ballistik raket uçuş-enmə zolağına, anbarlara və "C-130" təyyarəsinə ziyan vurub.
Daha dörd İran döyüş sursatı İsrail ordusunun Negev səhrasında yerləşən aviabazasının ərazisinə uçub. İsrailin hərbi infrastrukturuna ciddi ziyan dəymədiyi bildirilir. Məlumat dəqiqləşdirilir.
Bundan əvvəl İran hərbçiləri İsrailə hücum zamanı yeddi hipersəs raketindən istifadə etdiklərini, onların heç birinin İsrailin hava hücumundan müdafiə sistemləri tərəfindən tutulmadığını bildirmişdilər. Ümumilikdə, müxtəlif mənbələrə görə, yəhudi dövlətinə qarşı kütləvi hücum zamanı yüzlərlə raket və pilotsuz təyyarə buraxılıb.



Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər