Bütün xəbərlər
“Şençjou-18”kosmik gəmisi orbital stansiyaya yaxınlaşır
Tarix: 25-04-2024 20:01 | Bölmə: Karusel

Çinin “Şençjou-18” kosmik gəmisi orbitə çıxıb və Tianqonq stansiyasına doğru hərəkət edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ekipaj üç nəfərdən ibarətdir: Ye Quanqfu, Li Konq və Li Qansu.
“İnterfaks” xəbər verir ki, gəmi Moskva vaxtı ilə saat 15:59-da havaya qalxıb və təxminən 7 saata stansiyaya çatacaq.
Yeni ekipaj 2023-cü ilin oktyabr ayından Tiangongda olan əvvəlki ekspedisiyası əvəz etməlidir. O, aprelin 30-da yerə getməlidir.
“Şençjou-18” ekipajının orbitdə təxminən 6 ay qalması gözlənilir.
Daha əvvəl Çin Xalq Respublikasının İnsanlı Uçuş Proqramı İdarəsi bildirmişdi ki, 2024-cü ildə Tianqona dörd uçuş planlaşdırılıb: iki yük reysi, ikisi isə taikonavtlarla.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər