20:00 / 16-09-2026
Tikinti bazarı yanır
Bütün xəbərlər
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Tarix: 19-04-2024 07:40 | Bölmə: Cəmiyyət


Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Sabaha-inamla.az-a verilən məlumata görə, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.



Baxış sayı: 486


Bölməyə aid digər xəbərlər
14-09-2026, 17:37 Ər arvadını boğub