Bütün xəbərlər
Rəisi: "İranın zərbəsi İsraili cilovlamaq məqsədi daşıyırdı"
Tarix: 17-04-2024 16:07 | Bölmə: Dünya

İslam Respublikasının prezidenti İbrahim Rəisi deyib ki, İran İsrailə qarşı məhdud zərbə endirib, məqsədi çəkindirməkdir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin əlavə edib ki, yəhudi dövləti yenidən İrana hücuma cəhd etsə, şiddətli və sərt cavab alacaq.
Bundan əlavə, Rəisi Tel-Əvivlə əlaqələr qurmağa çalışan ölkələri tənqid edib, "İnterfaks" agentliyi yazır. İran liderinin sözlərinə görə, onlar indi öz xalqının gözündə alçaldılıblar. Rəisi əlavə edib ki, Yaxın Şərq ölkələri İsraillə əməkdaşlıq etməkdənsə, özlərinə və digər müsəlman dövlətlərinə arxalanmalıdırlar.
Xatırladaq ki, İran aprelin 13-də İsrailə 350-yə yaxın pilotsuz təyyarə və raket atıb. İDF-nin məlumatına görə, hədəflərin 99%-i vurulub.İsrailin Nevatim aviabazasına cüzi ziyan dəyib.
Jurnalistlərin fikrincə, İsrail İrana qarşı yeni zərbə hazırlayır, lakin doğru anı seçir.




Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər