Bütün xəbərlər
Hindistan 1,44 milyard nəfərlə əhalinin sayına görə dünyada 1-ci yerdədir
Tarix: 17-04-2024 21:42 | Bölmə: Dünya

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun hesablamalarına görə, ölkədə 1 milyard 442 milyon insan yaşayır. İkinci yerdə Çin qərarlaşıb - 1 milyard 425 milyon.
TASS agentliyi yazır ki, Fondun fikrincə, Hindistan əhalisinin artımı sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümünün azalması ilə bağlıdır. Əgər 1991-ci ilin məlumatlarına görə, hamiləlik və ya doğuş zamanı ölən qadınların 26%-i Hindistanda baş veribsə, 2020-ci ildə bu nisbət 8%-ə düşüb.
Hesabat müəllifləri aydınlıq gətirirlər ki, hazırda ölkə əhalisinin 26 faizi 10-24 yaş arasında olan gənclərdir. Üstəlik, hindistanlı kişilərin ömür uzunluğu 71, qadınlarınki isə 74 ildir.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondu cari maliyyə ilində Hindistan iqtisadiyyatı üçün artım proqnozunu 6,5%-dən 6,8%-ə yüksəldib. Bu göstəricilərə daxili istehlakın artması, əmək qabiliyyətli əhalinin sayının artması, eləcə də kənd təsərrüfatının inkişafı hesabına nail olunacaq.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər