Bütün xəbərlər
İran İsrailə 7 hipersəs raketi atıb
Tarix: 14-04-2024 18:05 | Bölmə: Dünya

İran televiziyası bazar günü gecə İsrailə atılan 7 hipersəs raketindən heç birinin tutulmadığını bildirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İranın dövlət televiziyası olan "Press TV"-nin məlumatına görə, İsrailin təcavüzünə cavab olaraq İran tərəfindən buraxılan ən azı yeddi hipersəs raketi Nevatim aviabazasını vurub.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İsrailə döyüş pilotsuz təyyarələrinin dünya tarixində ən kütləvi hücumu baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailin aprelin 1-də İranın Suriyadakı konsulluğunu məhv etməsinə cavab olaraq bildirib.
CNN-in məlumatına görə, İsrail İrana cavabının miqyasını nəzərdən keçirir.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər