Bütün xəbərlər
"Soçi" futbolçuları "Axmat"la oyundan əvvəl zəhərlənib
Tarix: 25-04-2024 22:05 | Bölmə: Digər

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Qara dəniz yığmasının baş məşqçisi Robert Moreno Rusiya çempionatında “Axmat”la oyundan əvvəl "Soçi"nin 14 futbolçusunun zəhərləndiyini açıqlayıb.
"Soçi" niyə stadiona gecikdi? Bu, sadədir - nahardan sonra bəzi oyunçuların ürək bulanması, digərlərinin ishal olması idi", - deyə, Moreno bildirib. Təəssüf ki, onları əvəz edəcək heç kimimiz belə yoxdur”.
Məşqçinin sözlərinə görə, 14 futbolçu və beş heyət üzvü zəhərlənib. Mütəxəssis qeyd edib ki, bu vəziyyətdə daha az əziyyət çəkənlər oyuna seçilməlidi.
“Axmat” Rusiya çempionatının 24 oyunundan sonra 23 xalla turnir cədvəlinin 15-ci pilləsində, “Soçi” isə 19 xalla bir pillə geridə qərarlaşıb.


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər