Bütün xəbərlər
İsrail İranda bir obyektə raket zərbəsi endirib
Tarix: 19-04-2024 07:45 | Bölmə: Dünya

İsrail İrandakı obyektə raket zərbəsi endirib. Bu barədə Amerika rəsmisinə istinadən ABC telekanalı məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda İranın “Fars” xəbər agentliyindən İranın İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışlar barədə məlumat yayılıb.
"Bu səslərin səbəbi hələlik məlum deyil. Hadisənin dəqiq təfərrüatları müəyyən olunana qədər istintaq davam etdiriləcək", - agentliyin açıqlamasında bildirilir.
Bu arada, İsrailin zərbəsi ilə bağlı xəbərlər fonunda İran hava məkanında fəaliyyət göstərən səkkiz reys öz kursundan yayındırılıb.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər