Bütün xəbərlər
Rusiya iştirak edərsə, Çin Ukrayna sülh konfransını dəstəkləyəcək
Tarix: 16-04-2024 16:13 | Bölmə: Dünya

Pekində Almaniya kansleri Olaf Şoltsla görüşdə Çin prezidenti Si Cinpin Ukrayna böhranının həlli üçün beynəlxalq sülh konfransının təşkili ideyasını dəstəklədiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, bütün maraqlı tərəflərin bərabər iştirakı və sülh təşəbbüslərinin bütün variantlarının “ədalətli müzakirəsi” təmin edilməlidir.
Si Cinpin vurğulayıb ki, təklif olunan konfrans həm Rusiya, həm də Ukrayna tərəfindən tanınmalıdır. Bundan əlavə, iki ölkənin liderləri BMT Nizamnaməsinin əsas prinsiplərinə, nüvə silahından istifadənin və dinc nüvə obyektlərinə hücumların yolverilməzliyinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Si Cinpin iqtisadi əlaqələrdə proteksionizmlə mübarizənin vacibliyinə də diqqət çəkib. O, çıxışında bəyan edib ki, ÇXR və Almaniya proteksionist tədbirlərdən qaçmalı, qlobal və bazar tendensiyalarını nəzərə almaqla istehsal potensialının obyektiv təhlilinə çalışmalıdırlar. Eyni zamanda, o, Çin və Almaniya arasında qarşılıqlı faydalı əməkdaşlığın ikitərəfli münasibətlərin davamlılığına və “gələcəyi birlikdə yaratmaq qabiliyyətinə” zəmanət verdiyini vurğulayıb.



Baxış sayı: 161


Bölməyə aid digər xəbərlər