Bütün xəbərlər
"Bild": Rusiya səfiri casusluqda şübhəli bilinənlərin həbsindən sonra Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
Tarix: 18-04-2024 16:04 | Bölmə: Dünya

Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin saxlanılmasından sonra Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Rusiya diplomatik missiyası hələlik bu məlumatı şərh etməyib.
 Daha əvvəl bildirilmişdi ki, 39 yaşlı Diter S. və 37 yaşlı Aleksandr J. Bavariyanın Bayreut şəhərində Rusiyaya casusluq və təxribat hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Feserin sözlərinə görə, onların hərəkətləri Berlindən “Kiyevə hərbi yardımı pozmaq” məqsədi daşıyırdı.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər