Bütün xəbərlər
"ABC News": İsrail yaxın günlərdə İranın hücumuna cavab qərarı verəcək
Tarix: 15-04-2024 10:13 | Bölmə: Dünya

İsrail hökuməti bazar ertəsi və ya yaxın günlərdə İranın hücumuna konkret cavab verəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Peter Lernerə istinadən ABC News xəbər verir ki, “İsrail hökuməti “növbəti addımlar haqqında” bazar ertəsi və ya yaxın günlərdə qərar verəcək”.
Aydınlaşdırılır ki, İDF İsrail hökumətinə İranın hücumuna cavab vermək üçün bir neçə variant, o cümlədən İran ərazisinə zərbələr endirməmək variantları təqdim edib.
Daha əvvəl İsrail televiziyasının 12-ci kanalı mənbələrə istinadən xəbər vermişdi ki, İsrailin dar çərçivəli hərbi əməliyyatlar kabinetinin iclasında İranın hücumuna reaksiya ilə bağlı nazirlər ümumi bir qərara gələ bilməyiblər.


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər