Bütün xəbərlər
Polşa prokurorluğu: ekspertizalar Kaçinskinin təyyarəsində partlayış faktını təsdiqləməyib
Tarix: 25-04-2024 21:45 | Bölmə: Dünya

Mütəxəssislər 2010-cu ildə qəzaya uğrayan Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin göyərtəsində heç bir bomba izi tapmayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Polşa Baş Prokurorluğunun rəsmi nümayəndəsi Prjemyslav Novak təyyarə qəzasında həlak olanların yaxınları ilə görüşdə bildirib.
Eyni zamanda, görüş iştirakçılarından biri Malgorzaty Wasserman bildirib ki, prokurorluq hələlik "Tu-154"-ün niyə qəzaya uğradığına cavab verə bilmir.
Xatırladaq ki, Lex Kaçinskinin layneri Smolensk yaxınlığında qəzaya uğrayıb. Dövlətlərarası Aviasiya Komitəsinin araşdırması göstərdi ki, təyyarənin heyəti Smolensk-Severnı hava limanı ərazisində dumanla bağlı xəbərdarlığa və alternativ aerodromda eniş təklifinə məhəl qoymayıb. Nəticədə təyyarə enərkən qanadı ilə ağaclara toxunaraq aşıb və yerə çırpılıb.



Baxış sayı: 171


Bölməyə aid digər xəbərlər