Bütün xəbərlər
Amerikalılara koronavirusa görə 1000 dollar veriləcək
Tarix: 20-03-2020 01:56 | Bölmə: Dünya

              Amerikalılara koronavirusa görə 1000 dollar veriləcək                 

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Ağ Evin koronavirus pandemiyası ilə bağlı planlarını açıqlayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, epidemioloji vəziyyətin gərginləşməsi fonunda əhaliyə dəstək məqsədilə adambaşına 1000 dollar kompensasiya veriləcək. Eyni zamanda uşaqlara 500 dollar ayrılması nəzərdə tutulur. Bu tədbirlər planı yaxın 3 gün ərzində gerçəkləşdiriləcək.
Nazirin sözlərinə görə, ABŞ hökuməti vətəndaşlara birbaşa pul ödəmələri üçün 500 milyard dollar vəsait ayıracaq.


Baxış sayı: 402


Bölməyə aid digər xəbərlər