Bütün xəbərlər
Filadelfiyada atışma baş verib: 6 polis əməkdaşı yaralanıb
Tarix: 15-08-2019 06:47 | Bölmə: Dünya

ABŞ-ın Filadelfiya ştatında cinayətkarlarla polislər arasında atışma baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 6 polis əməkdaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Atışma baş verən yerə xüsusi təyinatlı polislər cəlb edilib.
Bildirilir ki, cinayətkarlardan biri saxlanılıb, digərinin isə saxlanılması üzrə əməliyyat davam etdirilir.


Baxış sayı: 474


Bölməyə aid digər xəbərlər