Bütün xəbərlər
Tramp Venesualaya yeni sanksiyalar tətbiq olunması barədə fərman imzalayıb
Tarix: 02-11-2018 18:33 | Bölmə: Dünya

ABŞ Prezidenti Donald Tramp Venesualaya yeni sanksiyalar tətbiq olunması barədə fərman imzalayıb. Trend-in məlumatına görə, milli təhlükəsizlik üzrə müşavir Con Boltonun qeyd etdiyi kimi, sanksiyalar həmçinin qızıl ehtiyatla olan əməliyyatları da özündə ehtiva edir.
Bolton Mayamidə çıxış edərək bildirib: “Yeni sanksiyalar Venesuelanın korrupsiyalaşmış iqtisadiyyat sektorunda işləyən qruplara əhatə edəcək və onların oğurlanmış sərvətlərə yolunu bağlayacaq. Sanksiyalar Venesuelanın korrupsiyaya bulaşmış və fırıldaqçı qızıl sektoru ilə bağlı subyekt və qruplarla ABŞ vətəndaşlarının əməliyyatlarının qarşısını alacaq”.


Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər