Bütün xəbərlər
Çin ABŞ-ı yeni rüsumlara qarşı cavab tədbirləri ilə hədələyib
Tarix: 19-06-2018 10:07 | Bölmə: Dünya

                  

Çin ABŞ-ı yeni rüsumlarla əlaqədar cavab tədbirləri ilə hədələyib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Çinin kommersiya naziri bildirib ki, əgər ABŞ prezidenti Donald Tramp Çin mallarına əlavə rüsumlar tətbiq etsə, rəsmi Pekin kəmiyyətli və keyfiyyətli tədbirlər görəcək. Bildirilir ki, tədbirlər kompleks xarakterli olacaq. Çin qəti tədbirlərə köklənib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, hökumətin ticarət nümayəndələrinə 200 milyard dollar dəyərində əlavə rüsumun tətbiqi üçün Çin mallarının siyahısını tərtib etməyi tapşırıb. 


Baxış sayı: 671


Bölməyə aid digər xəbərlər