Novosibirskdə Xalqlar birliyi bayramı qeyd olunub
Tarix: 04-11-2019 20:37 | Bölmə: Dünya
Bu gün Rusiyanın Novosibirsk şəhərində Xalqlar birliyi bayramıdır. Bu münasibətlə keçirilən tədbirdə şəhərdə fəaliyyət göstərən bütün xalqlara məxsus diaspor təşkilatlarının rəhbərləri, nümayəndələri tədbirdə iştirak ediblər.
Sözügedən tədbirdə şəhərin meri də çıxış edərək diaspor təşkilatlarını təbrik edib.
                     
Həmin tədbirdə  nümənəvi diaspor sədri olan- Novosibirskdəki Azərbaycan Milli Mədəniyət Muxtariyyətinin rəhbəri Rasim Babayev, diaspot təşkliatının məsul şəxslərindən Nizami Mirzoev, Şakir Süleymanov və digər həmyerlilərimiz iştirak ediblər.
Tədbirdə Azərbaycan mətbəxi nümayiş olunub. Həmyerlimiz Taleh Mirzoevin ifasında səslənən "Azərbaycan" mahnısı isə tədbir iştirakşılarının ürəyincə olub.
Sabaha-inamla.Az saytı bu bayram münasibətilə  Novosibirskdə fəaliyyət göstərən diaspor təşkilatlarını, onların nümayəndələrini, həmyerlilərimizi, eləcə də digər xalqların nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, işlərində uğurlar arzulayır!

Şəlalə Omarlı
Sabaha-inamla.Az















Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər