Bütün xəbərlər
“Zelenski ölkədə diktatura quracaq” - Deput
Tarix: 05-09-2019 00:51 | Bölmə: Dünya

                      “Zelenski ölkədə diktatura quracaq”


Ukrayna Ali Radasının deputatı İlya Kiva prezident Vladimir Zelenskinin fəaliyyətinin ölkədə sərt diktatura rejiminin qurulmasına gətirib çıxaracağını deyib.
“Qafqazinfo” “RT”yə istinadən xəbər verir ki, builki seçkilərdə prezidentliyə namizədliyini irəli sürmüş Kiva bu gedişlə ölkədə rejim dəyişikliyinin yaxın vaxtlarda baş verəcəyini bildirib: “Bu gün “demokratiya” adı altında prezident ofisi vertikal hökumət qurur ki, bu da yaxın vaxtlarda sərt diktaturaya çevriləcək”.
Onun sözlərinə görə, Zelenskinin Milli Qvardiya haqda islahatları da “təhlükəli proseslər”dən xəbər verir. Kiva, həmçinin, əlavə edib ki, Radada da iş “drijor çubuğu” kimi gedir – müzakirəsiz və fikir ayrılığı olmadan.


Baxış sayı: 484


Bölməyə aid digər xəbərlər