Bütün xəbərlər
Bu ticarət mərkəzi koronavirus xəstəxanasına çevrildi - FOTOLAR
Tarix: 05-04-2020 16:20 | Bölmə: Dünya

                  Bu ticarət mərkəzi koronavirus xəstəxanasına çevrildi- FOTOLAR

Çində meydana gələn yeni növ koronavirusa (Covid-19) yoluxanların sayı durmadan artmağa davam edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, virusun geniş yayıldığı ölkələrdə artıq xəstəxanalarda yer tapmaq mümkün deyil. Son çarə olaraq isə ticarət mərkəzləri xəstəxanalara çevrilir.
Dünyanın ən böyük alış-veriş mərkəzi kimi tanınan "İran Mall" da koronavirus xəstələrinin müalicəsi üçün xəstəxanaya çevrilib. yeni xəstəxanada eyni anda 3 min koronavirus xəstəsini müalicə etmək mümkün olacaq.
Koronavirusun geniş şəkildə yayıldığı İranda yalnız ticarət mərkəzləri deyil, ölkənin bəzi şəhərlərində idman zalları da xəstəxanaya çevrilib.
Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 3 603, virusa yoluxanların ümumi sayı isə 55 743 nəfərə çatıb.

                Bu ticarət mərkəzi koronavirus xəstəxanasına çevrildi- FOTOLAR























Baxış sayı: 443


Bölməyə aid digər xəbərlər