Bütün xəbərlər
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
Tarix: 24-04-2024 16:00 | Bölmə: Karusel

Avropa Komissiyası 2027-ci ilə qədər nəzərdə tutulan ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində növbəti yardım tranşını Kiyevə köçürüb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü Avropa Komissiyasının 1,5 milyard avro məbləğində tranşı Ukraynaya göndərilib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsində yazıb: “Bu gün biz Ukrayna üçün 50 milyard avroluq Fondun bir hissəsi kimi 1,5 milyard avro ayırırıq”.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya prezidentinin mətbuat katibi ABŞ-ın xüsusi əməliyyatın gedişinə təsir etməyəcək dəstəyi mövzusunda danışıb. Dmitri Peskov vurğulayıb ki, "döyüş meydanındakı vəziyyət çox aydın və birmənalı deyil".


Baxış sayı: 113


Bölməyə aid digər xəbərlər