Bütün xəbərlər
Çavuşoğlu: Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək
Tarix: 29-01-2020 15:24 | Bölmə: Dünya




Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılarla bağlı danışıb.
Mövlud Çavuşoğlu Modern.az-a açıqlamasında məsələni diqqətdə saxladıqlarını deyib.
“Virus yayılan bölgədə yeddi azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.
Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:
“Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.


Baxış sayı: 528


Bölməyə aid digər xəbərlər