Bütün xəbərlər
Tramp onu məhkəmədə qoruyacaq əsas vəkilinin adını açıqladı
Tarix: 20-12-2019 11:40 | Bölmə: Dünya

               Tramp onu məhkəmədə qoruyacaq əsas vəkilinin adını açıqladı

Ağ Evin vəkili Pet Çipollone Senatda ABŞ Prezidenti Donald Trampla bağlı impiçment iddiası üzrə keçiriləcək məhkəmə prosesində onun əsas vəkili olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp Oval kabinetdə jurnalistlərin məhkəmədə onun maraqlarını kimin müdafiə edəcəyi ilə bağlı suallarını cavablandırarkən bildirib.
“Bəli, elə görünür”, -deyə Amerika lideri vurğulayıb.
O, müdafiəsi üçün məhkəməyə əlavə bir neçə vəkil gətirmək niyyətində olduğunu, lakin Ağ Evin vəkili kimi fantastik biri olaraq xarakterizə etdiyi Çipollonenin əsas müdafiəçisi olacağını qeyd edib.
Prezident Administrasiyası, həmçinin Harvardın hüquq üzrə professoru Alan Derşovitsin, eləcə də Prezidentin şəxsi vəkili Cey Sekulounun da iştirakını müzakirə edir.
Trampın Konqresin aşağı palatasındakı ən aktiv müdafiəçilərindən bəziləri də Sentaın məhkəməsində çıxış etməyin mümkünlüyünü nəzərdən keçirir.
Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi.  Bu səbəbdən də Nümayəndələr Palatası 24 sentyabrda ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.
Ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Bununla da Tramp ABŞ tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident olub.
İndi Amerika qanunlarına görə Senatda dinləmələr, sonra isə impiçment məsələsinə dair səsvermə keçirilməlidir. Məhkəmənin 2020-ci ilin əvvəlində baş tutacağı gözlənilir.
Hazırda ABŞ Senatındakı üzvlərin əksəriyyət respublikaçılardan ibarətdir, buna görə çox güman ki, bu mərhələdə prezidentin hakimiyyətdən uzaqlaşdırılması proseduru bloklanacaq.


Baxış sayı: 427


Bölməyə aid digər xəbərlər