Bütün xəbərlər
Putindən Trampla bağlı impiçment qərarına münasibət
Tarix: 19-12-2019 18:05 | Bölmə: Dünya

                  Putindən Trampla bağlı impiçment qərarına münasibət

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik ənənəvi mətbuat konfransında amerikalı həmkarı Donald Trampla bağlı impiçment qərarına münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, o, Trampın prezidentliyinin başa çatacağına inanmadığını deyib.
Putinin sözlərinə görə, ABŞ-da Trampla bağlı verilmiş impiçment qərarı düşünülməmiş ittihamdır və bu, daxili siyasi mübarizənin davamıdır.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Bununla da Tramp ABŞ tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident olub.


Baxış sayı: 453


Bölməyə aid digər xəbərlər