Bütün xəbərlər
Əsgər getməmək üçün 81 yaşlı qadınla evləndi - Foto
Tarix: 28-09-2019 10:59 | Bölmə: Dünya

                          Əsgər getməmək üçün 81 yaşlı qadınla evləndi


Ukraynada hərbi xidmətdən yayınmaq istəyən 24 yaşlı gənc qəribə yola əl atıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandr Kondratyuk 81 yaşlı əqli qüsurlu qohumu ilə evlənib. Ukrayna qanunvericiliyinə görə, fiziki məhdudiyyətli həyat yoldaşına qulluq edən şəxslər hərbi xidmətdən azad oluna bilərlər. Bu səbəbdən Aleksandr özündən 57 yaş böyük Zinaida İllarionovna ilə evlənib.
Jurnalistlər məsələdən xəbər tutduqdan sonra qadınla əlaqə saxlayaraq ondan gənc ərinin məqsədini soruşublar. Zinaida iddiaları rədd edərək ərinin ona çox yaxşı baxdığını deyib. Qonşular isə əksinə, Aleksandrın Zinaidanın evinə gəlmədiyini bildiriblər.
Bununla belə, Aleksandr nənəsinin 81 yaşlı bacısı ilə nikah şəhadətnaməsini sübut olaraq komissarlığa təqdim edib və hərbi xidmətdən yayınıb.



Baxış sayı: 479


Bölməyə aid digər xəbərlər