Bütün xəbərlər
Ağ Ev: ABŞ "Patriot" hava hücumundan müdafiə sistemini dünyadakı bazalarından Ukraynaya köçürə bilər
Tarix: 26-04-2024 20:46 | Bölmə: Dünya

Birləşmiş Ştatlar bütün dünyada Amerika qoşunlarını qorumaq üçün yerləşdirilən "Patriot" hava hücumundan müdafiə sistemlərini azad edə bilsələr, Ukraynaya köçürə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bu barədə MSNBC telekanalına müsahibəsində bildirib.
Eyni zamanda, onun sözlərinə görə, hazırda Vaşinqtonda belə hava hücumundan müdafiə sistemləri yoxdur.
Bununla belə, Sallivan əlavə edib ki, Birləşmiş Ştatlar öz müttəfiqlərini mövcud hava hücumundan müdafiə sistemlərini Ukraynaya köçürməyə inandırmaq niyyətindədir.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər