Bütün xəbərlər
Belçika Maliyyə Nazirliyi: Aİ Putinin aktivlərin mübadiləsi ilə bağlı fərmanının qüvvəsini tanımır
Tarix: 26-04-2024 20:56 | Bölmə: Dünya

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq prezident Vladimir Putinin bloklanmış aktivlərin ruslarla əcnəbilər arasında mübadiləsi prosedurunu müəyyən edən 8 noyabr 2023-cü il tarixli 844 saylı fərmanına münasibət bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Putinin fərmanı Aİ-də keçərli deyil, Belçika Maliyyə Nazirliyi RBC-nin sorğusuna cavab verib.
Yalnız Avropa maliyyə qaydaları qanun qüvvəsinə malikdir və Aİ-də tətbiq olunur. Belçika Maliyyə Nazirliyi qeyd edib ki, Rusiya fərmanları heç bir şəkildə Avropa öhdəliklərinə təsir etmir.
Rusiyalıların aktivlərinin əsas hissəsi (200 milyard avro) Belçika Maliyyə Nazirliyinin idarə etdiyi Euroclear depozitarında bloklanıb.
Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı Rusiyanın Qərbdə dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı qanun layihəsini qəbul edib. Sənəd tezliklə imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Üstəlik, Amerika qanunlarının yurisdiksiyası bütün ölkələri əhatə edir, ABŞ hesab edir.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər