05:20 / 26-04-2024
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu-Səyavuş Qasımov
03:20 / 26-04-2024
Sumqayıtın 75 illiyi ilə bağlı 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr olunmuş xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
23:33 / 25-04-2024
NYT: ABŞ Kiyevin Krımı ATACMS ilə vura biləcəyini etiraf etdi
23:28 / 25-04-2024
ABŞ Rusiya Federasiyasına hərbi tədarükün asanlaşdırılmasına görə Çin banklarına qarşı sanksiyalar tətbiq etməyə hazırdır
22:41 / 25-04-2024
Peskov: "Rusiya Federasiyasının hökuməti və biznesi arasında dialoq davam edəcək, may-iyun üçün iş planları var"
22:35 / 25-04-2024
Kreml: Putin aprelin 26-da Sankt-Peterburqda Qanunvericilər Şurasında çıxış edəcək
22:27 / 25-04-2024
Stoltenberq: "ABŞ və Aİ Ukraynaya lazımi dəstəyi vermədi"
22:24 / 25-04-2024
Şoyqu Astanaya ŞƏT-ə üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşü üçün gəlib
22:05 / 25-04-2024
"Soçi" futbolçuları "Axmat"la oyundan əvvəl zəhərlənib
21:56 / 25-04-2024
Kirbi: "Ukrayna üçün bəzi silahlar bir neçə günə Polşadan gətiriləcək"
21:45 / 25-04-2024
Polşa prokurorluğu: ekspertizalar Kaçinskinin təyyarəsində partlayış faktını təsdiqləməyib
21:37 / 25-04-2024
Yamayka Britaniya hökmranlığından ayrılmağı planlaşdırır
21:30 / 25-04-2024
WADA çinli üzgüçülərin işində iştirak etmək üçün müstəqil prokurora müraciət edib
21:09 / 25-04-2024
VDNKh-da “Rusiya” sərgi-forumunu 11 milyondan çox insan ziyarət edib
21:03 / 25-04-2024
"BI": Britaniya "Paveway" idarə olunan bombalarını Ukraynaya təhvil verəcək
20:39 / 25-04-2024
Rusiya diplomatlarının "Mauthauzen" həbs düşərgəsində anım mərasimində iştirakdan imtina edilib
20:33 / 25-04-2024
Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını bildirib
20:11 / 25-04-2024
Nalçikdə iki İD üzvü həbs edilib
20:07 / 25-04-2024
Patruşev: "Qeyri-qanuni miqrasiya terror təhlükələri ilə sıx bağlıdır"
20:01 / 25-04-2024
“Şençjou-18”kosmik gəmisi orbital stansiyaya yaxınlaşır
19:55 / 25-04-2024
Rusiya səfiri: "İsveçrədə Ukrayna sammiti səs-küylü və boş piar kampaniyasına çevriləcək
19:50 / 25-04-2024
“Rostov” Ronaldonun qolu sayəsində “Ural”ı məğlub edib
19:47 / 25-04-2024
Ukrayna mərmisi çoxmərtəbəli yaşayış binasına düşüb
01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
BU DA BELƏ BİR ÖMÜRDÜ YAŞADIM - Əzizə SÜLEYMANOVA yazır
Tarix: 25-04-2020 16:21 | Bölmə: Ədəbiyyat
"Dövrünün yaxşı şairi idi", "öz dövrü üçün doğulmuş şair idi" və başqa bu kimi sözləri tez-tez eşidirik. Dövrünün şairi olmağı bir çoxları bacardı. Ancaq öz dövründən əvvəlin də, öz dövrünün və özündən sonrakı dövrün də şairi olmağı bacarmaq hər kəsə nəsib olmur. İllər keçsə də unudulmayan, bütün dövrlərdə aktuallığını qoruyub saxlayan, heç vaxt öz əhəmiyyətini itirməyən şeirlər yazmaq, heç kimin demədiklərini demək onun nəsibi oldu. Yaradıcılığı boyu toxunduğu bütün mövzularda ən yüksək zirvəyə çatdı. Görün nə boyda bir xəzinənin açarını özü ilə apardı! Daha heç kim o xəzinənin açarını tapmayacaq! Onun açarı da özü ilə torpağa qovuşdu. Lakin yazıb yaratdığı poeziya nümunələri ilə, özünün də dediyi kimi, zirvələrin əlçatmaz qayası oldu:
Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə, cığır, tala mən.
Xudafərin harayından qalan mən,
Bu da belə bir ömürdü yaşadım.
Qüdrətli söz ustaları haqqında danışmaq çətin və məsuliyyətlidir. Bu, axı hər hansı bir adamın könlünü xoş etmək üçün deyilmiş tərif, arzu, istək deyil! Söhbət zirvələri fəth edən sənətkarlar haqqında olanda bir anlıq duruxursan. Ədəbiyyatımızda söz sahibi olmuş biri haqqında söz demək çox çətindir, çox məsuliyyətlidir, ancaq buna nail ola bilmək həm də qürürvericidir.
O, mənim orta məktəb dövründə şeir müsabiqələrində şeirlərini fəxrlə səsləndirdiyim uşaqlığımın şairi idi. Onunla eyni kənddə doğulub böyüsəm də, keçdiyi yerlərdən keçib, içdiyi sulardan içsəm də, etiraf etməliyəm ki, bu torpağı, bu daşı, bu kəndi məhz onun vətən qoxulu əsərlərini oxuduqdan sonra daha çox sevmişəm. Bu tanışlıqda qüdrətli söz ustadı Xalq şairi Məmməd Araz mənim ən sevimli, ən mehriban, ən səmimi müəllimim olub. O, hər zaman özünə inamlı olmağı öyrədib, yeri gələndə ata tək öyüd-nəsihət verib, həyatı bütün rəngarəngliyi, acısı-şirini, dərdi-səri ilə qəbul edib, yaxşılıqları görməyə səsləyib, öz yerini, mövqeyini, özünü tapmağı öyrədib və s. O, hər şeydən əvvəl Azərbaycan qızı olmağımın qürurunu yaşadıb mənə:
Gör, Azəri qızı, düşündüm nəyi,
Sən kişi ömrünün dəyirman pəri.
Koroğlu Misrinin Nigar dəstəyi,
Nəbi Aynalının Həcər səngəri.
Bu görkəmli şairin yaradıcılığı bir vətənpərvərlik dərsliyi kitabıdır. Vətəni uğrunda ölə biləcək qədər sevməyi, vətəni hər şeydən, hər kəsdən üstün tuta bilməyi, vətənin daşı ola bilməyi, harda oluruqsa olaq, hər məqamda "Vətən, Azərbaycan" deməyi, əyilməzliyi öyrədib bizə. Bu mənada "Onun Vətən məhəbbəti, Məhəbbətdən ağır gəldi". Xalq şairinin bu sözlərində məhz Vətənin çağırış nidaları səslənir, mübarizlərin himni təsirini bağışlayır:
Bu gün gərək hər anımız
Vətən desin!
Qılıncımız, qalxanımız
Vətən desin!
Qoca millət hər andımız, amalımız
əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən desin!
Yaradıcılığı bütün həyatıma təsir edən Məmməd Arazın ev muzeyində işə başlamağımı isə o vaxta qədərki uğurların ən böyüyü hesab edirəm. Bu iş vasitəsi ilə Məmməd Arazın həyat və yaradıcılığı ilə daha yaxından tanış olma imkanı tapdım. Əslində Məmməd Araz düşündüyüm qədər sadə bir həyat deyil, hələ uşaqlıqdan çox keşməkeşli, məşəqqətli bir həyat yaşayıb. Məmməd Arazın ata-anası Zəngəzurda doğulub. Atası İnfil kişi Qara kilsənin Ağdü kəndində, anası Cahan xanım isə Urudda anadan olub. İllər boyu bu ailə erməni zülmündən min bir bəla çəkib. 1918-ci il hadisələri zamanı ailə Şahbuzun Nursu kəndində məskunlaşmalı olub.
İnfil kişinin beş övladı olub. Böyük oğlu İbrahim doğma kəndində müəllim işləyib. Kiçik oğlu Əbülfəz də müəllim olub. Əbülfəz müəllim həm də istedadlı nasir kimi yazıb-yaradıb. O, "İldırım bulağı" kitabının müəllifidir. İnfil kişinin qızları Gülsüm və Məryəm də kənddə yaşayıblar.
Məmməd Arazın uşaqlığı ağır repressiya illərinə təsadüf edib. 1945-ci ildə atası İnfil kişini "siyası dustaq" kimi həbs edərək 1955-ci ilə qədər Qazaxıstanda həbs düşərgəsində saxlayıblar. Atası həbs olunanda Məmməd Arazın cəmisi 12 yaşı varmış. Böyük qardaşı orduda imiş. Ailə bir parça çörəyi güclə tapırmış. Ən yaxın qohumları belə bu ailəyə yardım etməyə qorxurmuşlar. Həyatın amansızlığı, insanların riyakarlığı qarşısında çox əzab çəkən, lakin heç vaxt sınmayan, əyilməyən İnfil kişi ömrü boyu el üçün çalışıb, millət üçün xeyirxahlıq etmişdi; yaşadığı kənddə bağ salıb, körpü tikdirib, su çəkdirmişdi. Nursu kəndində həmin o alma bağını bu gün də İnfil kişinin bağı adlandırırlar. Görkəmli elm adamı akademik İsa Həbibbəyli çox dəqiq yazırdı ki: "İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü ömür boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması şairin dünyagörüşündə, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır. Ondan aldığı həyat dərslərinin nəticəsində Məmməd Araz poemalarının ən güclüsü, qüdrətlisi olan "Atamın kitabı" poemasını yazdı. Bu poemada ömrünün yüz ilinə qədəm qoymuş, vətəndaş müharibəsinin, kolxoz hərəkatı dövrünün, Böyük Vətən müharibəsinin və ümumən ömrün illərinin qınaqlarından keçmiş, ən çətin anlarında torpaqdan güc almış bir kəndli qocanın həyatından söz açmışdır".
Anası Cahan xanım isə sözlü-söhbətli dünyası ilə oğlunu gələcək həyata hazırlamışdı. Cahan xanım da nəğməkar olub: çoxlu şeirlər qoşar, bayatılar deyərmiş. Bəlkə də Məmməd Araz şairlik istedadını anasının laylalarından, bayatılarından almışdı. Hətta yaxın qohumları ilə söhbət zamanı dedilər ki, şairin bibisi qızı Cumayə nənə Cahan xanımın oxuduğu nəğmələri qeyd edib saxlayıb. Cumayə nənədən eşitdiyim və Cahan xanımın oğlu Məmmədə qoşduğu bir neçə bənd şeir mənim də diqqətimi çəkdi. Oğlunun şair olduğunu öyrənən Cahan xanım sevincini belə ifadə edib:
Ağa bəy gəldi yanıma,
Bir sevda saldı canıma.
Xəbər verin Cahan xanıma,
Oğlun Məmməd şair olub.
Qurban olum hacısına,
Şirininə, acısına.
Xəbər verin Gülsüm bacısına,
Oğlun Məmməd şair olub.
Şairlik sənətinin Məmməd Arazı öz elindən, obasından uzaq salmağı hərdən anası Cahan xanımın gileyinə səbəb olub:
Qələmini alıb ələ,
Sığal verib qara telə.
Gələ bilmir bizim elə,
Yaman qarışıqdır başı Məmmədin!
Yaxud:
Düşübdü dillərə sözü Məmmmədin,
Qalıbdı bir qızda gözü Məmmədin.
Araz qırağında, Şahbulağında,
Gəleydi, gəzeydi özü Məmmədin!
Anasına nəsib olmayan şairlik oğluna nəsib oldu. Bu səmimi ana-oğul münasibəti şairin ən zərif, ən incə, ən orijinal şeirlərini ana mövzusunda yazmağına gətirib çıxardı.
Məmməd Arazın ana haqqındakı hər kəlməsi zərb-məsəl kimi səslənir: "Uşaqlıq itirmək, gənclik itirmək, Ana itirəndə yada düşərmiş", yaxud "Çırağı anaymış ata yurdunun" və s.
Bəlkə də insanlar düşünür ki, səsi bunca yüksəklərdən gələn şairin çəkdiyi əzab-əziyyət bununla da bitdi. Təəssüf ki, ömrünün daha yaxşı yaza biləcəyi ən yaxşı illərini amansız bir xəstəliklə mübarizədə keçirdi; nə az, nə çox, düz 30 il parkinson xəstəliyindən əziyyət çəkdi. Çox maraqlıdır, şairin hələ çoxdan ürəyinə bir qorxu düşmüşdü, hələ çoxdan narahat idi şeirlərində.
Vay odu, olasan yataq yorğunu,
Vay odu, vədənə ölüm gecikə, -
deyən şairin qorxduğu başına gəlmişdi.
Biganəlik də gördü, laqeydlik də, yataq yorğunu olmaqlıq da, gözü yolda qalmaqlıq da. Özünün də vaxtilə yazdığı kimi: Böyüklərin faciəsi də böyük olur... Amma nə qədər çətin də olsa, öz bənzərsiz ömür yolunda acılarına heç kəsi şərik etmədi. Bu məşəqqətli həyat yolunu "bir mərd qadınla keçdi", "sizə yetim deyən olsa, qızlarım" deyə bir ata kimi nigarançılıq yaşadı, "haqqın yox, Məmməd Araz, haqqın yox yaşamağa" deyə öz-özünü bəzən ittiham etdi, bəzən də vətəndaş əməllərinin qarşılığında "haqqın var, Məmməd Araz, haqqın var, yaşamağa" deyə vicdanını rahat tutdu. Heç vaxt əyilmədi, əqidəsindən dönmədi. Çox keşməkeşli, məşəqqətli bir həyat yaşayıb, maddi və mənəvi sıxıntılardan, imtahanlardan keçərək ən yüksək mərtəbəyə, zirvəyə - "İstiqlal" ordenli Xalq şairi adına layiq oldu, milyonların qəlbində taxt qurdu, Azərbaycan daşında bitdi. Fəxri xiyabanda bir daş var, bu daş altda Məmməd Araz yaşayır...
Əzizə SÜLEYMANOVA,
Şahbuz rayon Nursu kəndindəki Məmməd Arazın
Ev Muzeyinin direktoru
Adalet.az
Baxış sayı: 973
Bölməyə aid digər xəbərlər

19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski
7-08-2023, 22:22
Uşaq kitablarının illüstratoru Nikolay Ustinov vəfat edib
13-07-2023, 14:50
“Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı keçirilib
10-07-2023, 19:57
O, HEYDƏR DÜHASIDIR-Ramiz QASIMOV
7-07-2023, 22:48
QHT Azərbaycanın klassik və müasir ədəbiyyatını təbliğ edəcək
30-06-2023, 23:49
Həmişə sizinlə olan cəhənnəm-Əkbər Qoşalı
28-06-2023, 20:10
İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ-ADİLƏ NƏZƏROVA
23-06-2023, 20:44
Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb
22-06-2023, 22:44
TANINMIŞ ALİMİN “HEYDƏR ƏLİYEV SİYASƏTİ: TARİX VƏ MÜASİRLİK” MONOQRAFİYASI NƏŞR EDİLİB-Ramiz Qasımov
22-06-2023, 22:37
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
10-06-2023, 20:04
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
27-05-2023, 22:21
Detektiv yazar Elbrus Kəlbiyevlə görüş keçirilib
24-05-2023, 00:22
Qərbi Azərbaycanın mədəni-ədəbi mühitinə həsr edilmiş elmi konfrans olub
19-05-2023, 19:17
Nizami Gəncəvi Dühası-Anar Rzayev
18-05-2023, 20:14
“Axtarışlar” jurnalının yeni nömrəsi nəşrdən çıxıb
17-05-2023, 19:52
“Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı nəşr olunub
16-05-2023, 21:02
Yeni nəşr olunmuş iki monoqrafiyanın təqdimatı olub
5-05-2023, 21:54
Əhliman Ərəfsəli doğma kəndində yad edilib
5-05-2023, 21:38
“Elmi əsərlər”in yeni nömrəsi çapdan çıxıb
5-05-2023, 20:34
Əhməd Cavadın Vətən idealı-Ramiz QASIMOV
1-05-2023, 21:21
KAMAL CAMALOV TƏDQİQATÇILIQ VƏ NATİQLİK MƏHARƏTİİLƏ SEÇİLƏN TƏDQİQATÇI ALİMDİR-Əbülfət Pələngov