20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
18:48 / 06-10-2026
Ərdoğan administrasiyası RİA Novostinin Ukraynaya hava hücumundan müdafiə təchizatı ilə bağlı xəbərlərinə cavab verməyib
18:43 / 06-10-2026
Köməkçi tikilidə bir kişini yandırmağa cəhd edib
18:39 / 06-10-2026
Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında yenidən müşahidə edilib
18:36 / 06-10-2026
Xilasedicilər Mzymta çayında bir turisti təxliyə etdilər
18:33 / 06-10-2026
Dövlət Duması Litvaya nüvə silahlarının yerləşdirilməməsi ilə bağlı xəbərdarlıq etdi
18:24 / 06-10-2026
İtkin düşən 17 yaşlı Rusiya vətəndaşı avtomobil qəzasından sonra xəstəxanada komada tapılıb
18:03 / 06-10-2026
Bir qadın sosial mediada terrorçuları haqlı çıxardığına görə saxlanılıb
22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
Yeni nəşr olunmuş iki monoqrafiyanın təqdimatı olub
Tarix: 16-05-2023 21:02 | Bölmə: Ədəbiyyat

AMEA-nın Naxçıvan Bölməsində “Şərur rayonunun tarixi” və “Dalmatəpə mədəniyyətinin mənşəyi” monoqrafiyalarının təqdimatı keçirilib.
Bu barədə Sabaha-inamla.az-a AMEA-nın Naxçıvan Bölməsindən bildiriblər.
Bildirilib ki, təqdimat mərasimini giriş sözü ilə açan bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli institut əməkdaşları tərəfindən muxtar respublikanın rayonlarının tarixinin yazıldığını xatırladıb. Alim bildirib ki, “Şərur rayonunun tarixi” monoqrafiyası Şərur Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə çap olunub.Monoqrafiyanın müəllifləri Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarından tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, tarix elmləri doktoru, dosent Emin Şıxəliyev və tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovdur.
Təqdimatı keçirilən növbəti əsər barədə danışan professor bildirib ki, monoqrafiya ilbəil yeni tapıntılar işığında zənginləşən Naxçıvan arxeologiyasına növbəti töhfədir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev vəgənc tədqiqatçı Elmar Baxşəliyevin birgə ərsəyə gətirdiyi monoqrafiya Dalmatəpə mədəniyyəti ilə bağlı elmi təhlillərin yer aldığı dəyərli tədqiqat əsəridir.
Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Şərur rayonunun tarixinə həsr edilmiş tədqiqat əsəri” mövzusunda məruzə edib.
“Tariximiz haqqında sanballı əsər yazmaq, onu gələcək nəsillərə təbliğ etmək ziyalının dövləti, xalqı qarşısında ən böyük mənəvi borcudur”, - deyən tədqiqatçı monoqrafiyanı fəsillər üzrə şərh edib.
Alim bildirib ki, aparılan tədqiqatlar nəticəsində müəlliflər Şərur rayonu ərazisində insanların hələ qədim Daş dövründən başlayaraq məskunlaşdığı qənaətinə gəlmişlər. Belə ki, Şərurun əlverişli coğrafi mövqeyi, xammal ehtiyatı burada qədim mədəniyyətin meydan gəlməsinə və inkişafına səbəb olmuş,bu qədim mədəniyyət qonşu ölkələrə də müəyyən təsir etmişdir.
Ərazidə Neolit və Eneolit abidələrinin öyrənilməsi onu göstərir ki, hələ e.ə. VII-VI əsrlərdə Naxçıvanda yaşayan tayfalar Göyçə hövzəsi, Urmiya hövzəsi və Zəngəzur dağları ilə sərhədlənən geniş bir ərazidə hökmranlıq etmiş, burada baş verən etnik-mədəni proseslərə təsir göstərmişdir.
İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev çıxış edərək monoqrafiyada rayonun mədəni inkişafı ilə bağlı əksini tapan fakt və təhlillərə diqqət çəkib. Adları çəkilən qədim yaşayış yerləri, tariximizi özündə təcəssüm etdirən arxeoloji abidələr, bölgənin mədəni inkişafına xidmət edən müəssisələr, habelə rayonun ədəbi mühiti ilə bağlı monoqrafiyada təqdim olunan əsas məlumatları diqqətə çatdırıb, tədqiqat əsəri haqqında fikirlərini bildirib.
Tədbirdə çıxış edən Şərur Rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sürəyya Bəşirova rayonun tarixinin yazılmasını yüksək qiymətləndirib. Natiq söyləyib ki, əhatəli tədqiqatların nəticəsi olan monoqrafiya tarixi keçmişimizin öyrənilməsinə mühüm töhfədir. Əcdadlarımızın həyat tərzinin, inanc sisteminin, mədəniyyətinin və başqa mühüm məlumatların daşıyıcısı olan arxeoloji abidələrin, memarlıq nümunələrinin qorunması, eləcə də təbliği rayon icra hakimiyyəti əməkdaşlarının timsalında hər bir vətəndaşın borcudur.
Sürəyya Bəşirova əsərin yüksək səviyyədə hazırlanmasına, nəşr olunan yeni tədqiqat əsərinə görə müəllifləri təbrik edib, onlara xoş diləklərini çatdırıb.
İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva təqdimatı keçirilən növbəti monoqrafiya ilə bağlı “Dalmatəpə mədəniyyətinin mənşəyi haqqında söz” başlıqlı məruzə edib. Məruzəçi bildirib ki, professor Vəli Baxşəliyev və gənc tədqiqatçı Elmar Baxşəliyev tərəfindən nəşr edilən monoqrafiya aktuallıq kəsb edən problemə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. 134 səhifədən ibarət monoqrafiya 5 başlıca struktur hissədən ibarətdir. 47 tablonun nəşrə əlavə edilməsi əsərin dəyərini daha da artırır.
Vurğulanıb ki, kitabın ana dilimizlə yanaşı, həm də ingilis və rus dillərində olması arxeologiyamızla bağlı elmi yeniliklərin dünya elminə inteqrasiyası baxımından böyük önəmə sahibdir. Bu, tarixi Azərbaycan ərazilərində mövcud olmuş qədim mədəniyyətləri beynəlxalq miqyasda tanıtmağa imkan verir.
Antik və Orta əsrlər şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxışında qeyd edib ki, aparılan karbon analizləri nəticəsində Dalmatəpə mədəniyyətinin dövrü dəqiqləşdirilmiş, bu mühüm fakt monoqrafiyada əksini tapmışdır. Əsərdə Naxçıvantəpə və Dalmatəpə mədəniyyətləri arasında müqayisəli təhlillər aparılmışdır.
Müəlliflər adından çıxış edən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevbildirib ki, “Şərur rayonu ilə bağlı araşdırmalar zamanı sübuta yetirilmişdir ki, bölgə sakinləri həm də Göyçə gölü hövzəsinin əsas sakinlərindən olmuşlar. Məhz bu fakt uydurma erməni iddialarına qarşı elmi həqiqətə əsaslanan cavabdır. Alim daha sonra Dalmatəpə adının mənşəyi, bu mədəniyyətin fərqləndirici cəhətləri barədə danışıb.
Sonda çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Şərur rayonunun tarixi” monoqrafiyasının nəşrinə göstərdiyi dəstəyə görə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərova təşəkkür edib, müəllifləri təbrik edərək səmərəli elmi fəaliyyətlərində müvəffəqiyyət arzulayıb.
Sabaha-inamla.az

Baxış sayı: 1 353
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK