23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
20:00 / 30-09-2026
Putin Qroznının transformasiyasını və Kadırov komandasının nailiyyətlərini yüksək qiymətləndirdi
19:40 / 30-09-2026
Slutski: "Rusiya-ABŞ münasibətləri artıq sıfır səviyyəsində deyil"
19:37 / 30-09-2026
Taylandda daşqın nəticəsində ölənlərin sayı 40-a çatıb
19:31 / 30-09-2026
NATO-nun Baş katibi Mark Rutte Ukraynada işlərin yaxşı getdiyini bildirdi
19:29 / 30-09-2026
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
19:26 / 30-09-2026
Zaxarova Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün perspektivlərini qiymətləndirdi
19:23 / 30-09-2026
Kanye Uest-in konsertinin ləğvindən sonra polis "Say" Agentliyi ilə bağlı araşdırmaya başlayıb
23:01 / 29-09-2026
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
18:35 / 29-09-2026
Bir şagird sinfinə hücum edərək müəllimini öldürüb
18:32 / 29-09-2026
Qazaxıstan hakimiyyəti Almaniyaya neft tədarükünü davam etdirməyə hazır olduqlarını açıqladı
18:29 / 29-09-2026
Argentina Britaniyaya Folklend adaları yaxınlığında neft hasilatını dayandırmaq üçün iki həftə vaxt verib
18:25 / 29-09-2026
ABŞ Ukraynanın təslim olması üçün vaxt çərçivəsini müzakirə edir
18:22 / 29-09-2026
Hərbi məhkəmə qətldə ittiham olunan general Ospanovu həbsdə saxlayıb
18:20 / 29-09-2026
Roskomnadzor Rusiya milli futbol komandasının keçmiş oyunçusu Smolova qarşı 300.000 rubl məbləğində iddia qaldırıb
18:03 / 29-09-2026
Kanye Uest-in Sankt-Peterburqdakı konserti baş tutmayacaq
17:56 / 29-09-2026
FIFA UEFA-nı İnfantino haqqında yalan məlumat yaymaqda ittiham edir
17:53 / 29-09-2026
Kreml bildirib ki, Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəməyəcək
17:51 / 29-09-2026
Müğənni Potap Ukraynanın Əməkdar artisti titulundan məhrum edilə bilər
17:46 / 29-09-2026
Lukaşenko: "Çoxvektorlu siyasət Belarusu Rusiyadan uzaqlaşdırmır"
17:42 / 29-09-2026
Putin Serb Respublikası rəhbərliyinin nümayəndələri ilə görüşəcək
17:39 / 29-09-2026
Lavrov: "ABŞ Trampın dövründə diplomatik əmlakla bağlı heç bir ümidverici şərh verməyib"
17:36 / 29-09-2026
Pakistan Avrasiya İqtisadi Birliyi ilə azad ticarət danışıqlarına 1 yanvar 2027-ci ildə başlayacaq
17:33 / 29-09-2026
Lavrov bildirib ki, ABŞ ilə qıcıqlandırıcı amillərlə bağlı əlaqələrin vaxtı razılaşdırılır
17:28 / 29-09-2026
Fövqəladə Hallar Nazirliyi: Qırmızı mağarada turistləri xilas etmək üçün 28 mütəxəssis səfərbər edilib
17:23 / 29-09-2026
Keçmiş çinli məmur 39 milyon dollar rüşvətə görə edama məhkum edildi
O, HEYDƏR DÜHASIDIR-Ramiz QASIMOV
Tarix: 10-07-2023 19:57 | Bölmə: Ədəbiyyat

Yaşadığımız 2023-cü ildə Azərbaycan xalqının xilaskar oğlu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ili böyük coşqu ilə qeyd edilir. Yaşadığımız həyatın obrazlı salnaməsi hesab olunan bədii ədəbiyyatımızda da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm obrazı yaradılmış, nəsillərə örnək olan əməli fəaliyyəti əks etdirilmişdir. Dahi şəxsiyyətə ümumxalq məhəbbətini əks etdirən şairlərimizdən biri də Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan Ələsgər Nehrəmlidir.
Ələsgər Nehrəmli daha çox lirik şeir ustasıdır. Şair lirik şeir yaradıcılığında daha çox tanınıb. Hətta şairin xalq şeiri tərzində yazdığı əsərlər ədəbiyyatşünaslar və söz adamları tərəfindən çox bəyənilib və yüksək qiymətləndirilib. Onun yaradıcılığında poemalar da əsaslı yer tutub. Bir sıra mövzulara müraciət edən şair Azərbaycanın xilaskarı və əbədi lideri Heydər Əliyevin də mənalı ömür və mübarizə yoluna həsr olunan poemalar ərsəyə gətirib. Ümumiyyətlə, Ələsgər Negrəmlinin “Heydərnamə”, “Epiloq”, “Od oğulları”, “Əhməd və Tahirə”, “Alın yazısı”, “Qum qalanın oğulları”, “İstedadın taleyi” kimi poemaları mövzu müxtəlifliyilə Naxçıvanda poema yaraıcılığının zənginləşməsinə xidmət etmişdir.
Qocaman söz adamlarından olan Ələsgər Nehrəmlinin “Heydərnamə” poeması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 80-ci ildönümü ərəfəsində qələmə alınıb. Poemada Ulu Öndər Heydər Əliyevin misilsiz dövlətçilik xidmətləri və Azərbaycan xalqının bu görkəmli şəxsiyyətə böyük məhəbbəti başlıca yer alıb. “Proloq”, “Heydərin Vətən sevgisi”, “Heydər dühasıyla ucalır vətən”, “Xalqın sevgisinə layiqsiniz”, “Çünki öndə gedən o Heydər oldu”, “Səni çox axtardı gözü xalqımın”, “Səni qucaqladı belə Naxçıvan”, “Yaxşı ki qayıtdın Azərbaycana”, “Heydərin inamlı yüksəliş yolu”, “Heydərin İlhamlı yüksəliş yolu”, “Xalqın vuran gözüdür, Vuran ürəyi Heydər” kimi bölmələrdən ibarətdir. Eyni mövzuda və yaxın məzmunda yazılmış ayrı-yrı şeir nümunələrini xatırladır əsər. Hətta şeirlərin yazılma tarixinə diqqət etdikdə bunu daha yaxından və aydın görmək də mümkündür. Lakin şeirlərin tarixi-xronoloji ardıcıllığa malik olması, məzmun əhatəsi və ideya əlaqələnməsi poema adlanmasına xələl gətirmir. Şair Ulu Öndərin misilsiz şəxsiyyəti və əzəmətli obrazını yaradır. Mənsub olduğu ölkəsini, millətini hər cür bəlalardan xilasedən böyük xilaskar kimi Heydər Əliyev fenomenini oxucusuna təqdim və təsvir edir. Onun misislsiz xidmətləri böyük bir xilaskarlıq missiyası və mücadiləsi kimi əzəmətli yerini tapır. əsərin “Heydər dühasıyla ucalır Vətən” bölməsində müəllif Heydər Əliyev-Azərbaycan qoşalığını poetik biçimdə məharətlə ifadə etmişdir:
Azərbaycan Vətənim, namusum, qeyrətimdir,
Onu quran, yaradan öz xalqım, millətimdir.
...O, Heydər dühasıdır, sənin görən gözlərin,
Xoşbəxtliyə yol açır tükənməyən hünərin və s.
Əsərdə dahi lider Heydər Əliyevin 1969-cu il iyulun 22-də siyasi hakimiyyətə - rəhbərliyə gəlməsindən, Azərbaycanda böyük dövlətçilik mücadiləsi aparmasından, ölkənin, xalqın milli inkişafına yön verən çoxşaxəli fəaliyyətindən poetik şəkildə bəhs edilmişdir. Şairin yaradıcı məqsədi odur ki, həm müdrik liderin liderlik obrazı və fəaliyyətinin mahiyyəti açılsın, liderlik missiyasının təfərrüatı bəlli olsun, həm də Ulu Öndərin nəhəng, bənzərsiz siması və fenomenal obrazı mücəssəməsini tapsın. Dahi rəhbərin hakimiyyətə gələndən Azərbaycanda həyata keçirdiyi ardıcıl quruculuq işləri onun liderlik missiyasının konstruktiv xarakteri və səciyyəsini təqdim edir. Ulu Öndərin parlayan istedad və qurucu fəaliyyətilə öndə gedərək SSRİ kimi böyük bir ölkənin Siyasi Bürosuna qəbul edilməsi də poemada Azərbaycan xalqının böyük nailiyyəti kimi təqdim edilmiş, “Kremlə sancılan Türk Bayrağı”nın əzəmətli obrazından bəhs edilmişdir. Şair Ə.Nehrəmli bu baxımdan yazır:
Xalqın dilin, dinin, mənəviyyatın,
Çox zəngin folklorun, ədəbiyyatın,
Dünyaya səs salan mədəniyyətin,
Hər yerdə tanıdan çox səfər oldu,
Çünki öndə gedən O, Heydər oldu!
Əsərdə Azərbaycanın 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində ictimai-siyasi prosesləri, nankor və xain erməni millətçilərinin Azərbaycan ərazilərinə işğalçı hücumları konteksində müdrik liderə olan xaqlın təkidli çağırış və müraciətləri yer alaraq Heydər Əliyev şəxsiyyətinə ictimai-mənəvi ehtiyacı təqdim etmişdir. Müəllif erməni şovinistlərinə “qulp tutan” ozamankı SSRİ rəhbəri M.Qorbaçovun azərbaycanlılara qarşı xain mövqeyi, Dağlıq Qarabağ və ətrafı rayonlar məsələsində erməni tərəfinə xaincə göstərdiyi dəstək, 1990-cı ilin 20 yanvarında SSRİ dövlətinə canı, qanı və hər cür zəhməti, əməyi, sərvətilə dayaq durmuş, misilsiz xidmətlər göstərmiş Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayət və s. əhatəsində xalqın müdrik və uzaqgörən övladına - Heydər Əliyevə olan ümummilli ehtiyacı əks etdirmişdir. Müəllif bir tərəfdən konkret dövrün ictimai-siyasi hadisələrini əks etdirib oxucularına məlum edir, ədəbi yaddaşa daşıyır, digər tərəfdən dahi liderin şəxiyyətinə olan milli-mənəvi ehtiyac və zərurəti, daha doğrusu və dəqiqi, xalqın təkidli tələbi ilə onun siyasi hakimiyyıtı gəlişini əks etdirirdi. Dahi liderin 20 yanvar hadisələrindən sonra Azərbaycana qayıdışı, ölkəyə rəhbərlik edən satqın rəhbərlər tərəfindən bu görkəmli şəxsiyyətin vaxtilə qurub-yaratdığı ölkənin paytaxtı Bakı şəhərinə düşməsinə maneçilik törədilməsi və xalqın böyük oğlunun mübarək qədəmlərilə dos-doğma vətəni, böyüyüb boya-başa çatdığı, o dövrdə düşmənlər tərəfindən hər cür blokadaya salınmış və çətin günlər yaşayan Naxçıvana yol alması kimi tarixi hadisələr əsərdə öz əksini tapmışdır. Belə ki, xalqın böyük oğlu Naxçıvan camaatı tərəfindən böyük bayram əhval-ruhiyyəsilə qarşılanaraq qurbanlar kəsilmiş və şadyanalıq edilmişdir. Heydər Əliyev xalq-rəhbər birliyi əhatəsində doğma Naxçıvanın ən çətin sınaqlardan üzüağ çıxmasına şərait yaratmış, muxtar respublikada böyük müstəqillik hərəkatı və dövlətçilik tədbirləri həyata keçirilmişdir. Xalqın böyük əzmlə əldə etdiyi dövlət müstəqilliyinin əldən getməsi, vətəndaş qarşıdurması və ölkənin parçalanması təhlükəsi anında xalqın təkidli tələbinin Ulu Öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etməsi əsərdə müəllif tərəfdən poetik ustalıqla, bədii əsərə xas poetik təhkiyə ilə təqdim edilmişdir:
Üçrəngli bayrağı ucaltdın yenə,
Müqəddəs himnimdən qabardı sinə.
Naxçıvan səs saldı “Od Ölkəsinə”,
Xalqın göz yaşların silə Naxçıvan,
Səni qucaqladı belə Naxçıvan!
Poemada Heydər Əliyev siyasətinə ləyaqətlə xidmət edən və onu uğurla davam etdirən İlham Əliyevin xidmətləri də təqdim edilmişdir. Əsərin sonundakı “Xalqın görən gözüdür, vuran ürəyi Heydər” hissəsi epiloq təsirini bağışlayr və əsəri ümumiləşdirir.
Müəllifin müdrik lider Heydər Əliyevin vəfatına həsr etdiyi və “ağı” təsirini bağışlayan “Epiloq” adlandırdığı əsər də öz mövzusunda layiqli poemalardan biridir. “Əbədi yaşayır Heydər”, “Sən oldun”, “Heydər ideyası, Heydər zəkası”, “Davam edir Heydər yolu” kimi bölmələr daxilində şair bir xalqın əvəzsiz və nəhəng övladı olan Heydər Əliyev kimi görkəmli bir simanın vəfatından doğan kədəri, ona olan hədsiz sevgi, sayğı və ehtiramı bədii biçimin qüdrətilə ifadə etmişdir:
Bütün dünya tutdu acı xəbəri,
Milyonları boğdu acı bir qəhər.
Saldıq son mənzilə yola Heydəri,
Dünyasını dəyişdi O Ulu Öndər!
Poemanın girişindəki bu hiss, duyğu və kədər notları bizi orta əsrlərin böyük sərkərdəsi Cavanşirin ölümü haqda Davdağın yazdığı ağıya götürür. Hər iki əsərdə xalqın böyük və əvəzsiz övladına olan sevgisi, əvəzedilməz şəxsiyyətlərin itkisindən doğan dərin kədər və sarsıntısı əsas pafosu təşkil etmişdir.
Bu şeirin özünəməxsusluğu ondadır ki, əvvəlki poemanın davamı və hətta adına uyğun olaraq bu əsərin epiloqu təsirini bağışlayır. Həqiqətən də, “Epiloq” adlandırılan bu əsər əvvəlki poemanın tərkibinə daxil olmaqla daha çox məzmun qazanar və əsl bədii mahiyyətini tapır. Əvvəlki poemada müəllif daha çox ümummilli liderin həyat və fəaliyyət yoluna nəzər salırsa, bu əsərində görkəmli şəxsiyyətin fiziki itkisindən doğan kədəri, eləcə də mənəvi varlığı və əbədiyaşarlığını əks etdirmişdir. Həm də məhz bu struktur imkanlarında poemanın qəhrəmanı – xalqın böyük oğlu Heydər Əliyevin əzəmətli obrazı tam və təkmil şəkildə yaradılmış olmuşdur.
Beləliklə, Azərbaycanın xalqının xilaskar oğlu Heydər Əliyevin möhtəşəm obrazının yaradıldığı çoxsaylı bədii nümunələr arasında Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Ələsgər Nehrəmlinin də qiymətli əsərləri yer alır. Həmin dövrün müasirlərindən olan şair Ələsgər Nehrəmli poema və lirik əsərlərində Heydər Əliyevin Azərbaycan xalqının xilası və qurtuluşu yolunda çəkdiyi min bir zəhməti, misilsiz xidmətləri və s. əks etdirmiş, müdrik və xilaskar bir şəxsiyyətin əzəmətli obrazını yaratmaqla da ədəbiyyatımızın obrazlar qalareyasını zənginləşdirmişdir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 2 340
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR