10:55 / 18-10-2025
Ekspert Uolter: "ABŞ-da vətəndaş müharibəsi riski 20 ildən sonra 80%-ə çata bilər"
10:53 / 18-10-2025
Baş verən yanğında ölənlərlə bağlı cinayət işi açılıb
10:50 / 18-10-2025
Səkkiz yaşlı qızı öldürən təcavüzkar tapılıb
10:47 / 18-10-2025
General Popov: Putinin Macarıstana uçan təyyarəsini "Su-35" qırıcıları müşayiət edəcək
10:43 / 18-10-2025
Vüqar Rəhimzadə: "Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz etdi"
09:40 / 18-10-2025
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
09:36 / 18-10-2025
Vüqar Rəhimzadə: "Füzuli şəhərinin timsalında dünya Azərbaycanın müasir şəhərsalma təcrübəsinin şahidinə çevrilir"
09:33 / 18-10-2025
“Format-18”dən video yayımladığına görə 17 dəfə cərimələnib
09:31 / 18-10-2025
NATO ölkələri Ukraynaya İkinci Dünya Müharibəsindən qalma silahlar verir
09:27 / 18-10-2025
"Trigger" və "Mistresses 3" filmlərinin aktyoru məhkəmə yolu ilə vaxtından əvvəl təqaüdə çıxmaq istəyir
09:24 / 18-10-2025
Xəsarət alan turist xəstəxanaya yerləşdirilib
09:21 / 18-10-2025
Çinli Nobel mükafatı laureatı Yang Zhenning 103 yaşında vəfat edib
09:16 / 18-10-2025
Ukrayna vətəndaşlığından məhrum edilən Odessa merini deportasiya gözləyir
09:12 / 18-10-2025
Analitik Conson: "Kiyev qışda döyüşü davam etdirə bilməyəcək"
09:08 / 18-10-2025
Maskın atası Moskvanın London və Vaşinqtondan daha yaxşı olduğuna inanır
09:03 / 18-10-2025
Knaysl ümid edir ki, Rusiya və ABŞ Budapeştdə ciddi sənədlər hazırlayacaqlar
20:51 / 17-10-2025
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
20:05 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşdü - Fotolar
19:58 / 17-10-2025
Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu
19:54 / 17-10-2025
WE: Putinin Trampla telefon danışığından sonra Kiyev “Tomaqavk” raketlərini almaq şansını itirdi
19:37 / 17-10-2025
Belarusun Vatikandakı səfiri Lukaşenkonun mesajını Papa XIV Leoya çatdırıb
19:35 / 17-10-2025
Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Suriyadakı hərbi bazaları ilə bağlı məsələyə münasibət bildirib
19:32 / 17-10-2025
Ekspert Ofitserov-Belski: "Aİ Putin-Tramp danışıqlarını pozmağa çalışacaq"
19:30 / 17-10-2025
Fidan: "Türkiyə Ukraynaya infrastrukturun bərpasına kömək etməyə hazırdır"
19:03 / 17-10-2025
Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub
18:52 / 17-10-2025
Hər il keçirilən şəhər günü Füzulinin yeni, inkişaf edən simasının təqdimatıdır-Könül Nurullayeva
18:37 / 17-10-2025
Füzulidə bərpa və quruculuq salnaməsi
18:34 / 17-10-2025
Keçmiş deputat və jurnalist Rusiyanın terrorçular siyahısına salınıb
18:31 / 17-10-2025
Karasin: "Aİ liderləri Trampı Rusiyaya təzyiqi artırmağa inandırmağa çalışacaqlar"
18:28 / 17-10-2025
Bezuhla: "ABŞ-da Ukrayna nümayəndə heyətinin tərkibi rəhbərlik daxilində problemlərdən xəbər verir"
18:25 / 17-10-2025
Livan hakimiyyəti Qəddafinin oğlunu 11 milyon dollar qarşılığında həbsdən azad etməyə razılaşıb
18:23 / 17-10-2025
ABŞ hökumətinin bağlanması səbəbindən nüvə işçiləri məzuniyyətə buraxılacaq
18:20 / 17-10-2025
Məhkəmə qadağan olunmuş Rusiya Könüllülər Korpusuna (RVC) haqq qazandırdığı üçün Ural hermonkını həbs edib
18:16 / 17-10-2025
Bir nəfər iki nəfəri çəkiclə döyərək öldürüb
10:01 / 17-10-2025
6 milyon rubl dəyərində samur dərisi göndərməyə cəhd ediblər
09:58 / 17-10-2025
Telefonun alışması nəticəsində məktəblilər evakuasiya edilib
09:54 / 17-10-2025
Monqolustanın baş naziri Zandanşatar istefa verib
09:50 / 17-10-2025
Yaponiyanın keçmiş baş naziri Murayama 101 yaşında vəfat edib
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
Tarix: 28-03-2024 23:35 | Bölmə: Ədəbiyyat
Ziyalı xalqının, vətəninin təəssübünü çəkəndə, özünün yox, ölkəsinin milli maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir. Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı...
Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyac olub.
Belə misallar-xalqımızın tarixində və taleyində müstəsa xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar.Onlar millətlərin mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar.
Ulu Öndər Heydər Əliyev də daim cəmiyyətdə ziyalı missiyasına böyük önəm verib, ziyalıları, xalqını və dövlətini sevənləri həmişə yüksək qiymətləndirərək onların fədakar əməyini dəyərləndiribdi.
Hər bir kəsin həyatında belə bir ehtirama layiq gördüyü, düşüncəsində belə xatırlarkən özünü yığışdırdığı, öz hərəkətinə, cəmiyyətdəki fəaliyyətinə onun prizmasından qiymət verdiyi bir insan olur. Bu gün haqqında danışmaq istədiyim belə şəxslərdən biri İbrahim Yusifoğludur.
İbrahim Yusif oğlu Yusifov - 30 sentyabr 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Axura kəndində anadan olub.1973-cü ildə Naxçıvan şəhərindəki pedaqoi məktəbi,1981-ci ildə isə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib.70-ci illərin əvvəllərində pedaqoji fəaliyyətlə məşğuldur.Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan “Qələbə atəşi” şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yol" qəzetində çap edilmişdir. Hazırda əsərləri türk, rus, fars və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 33 (otuz üç) adda şeirlər, poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib.1993-cü il tarixdən 2022-ci ilədək "Şərur qönçələri" ədəbi birliyinin rəhbəri olubdur.
İbrahim müəllim kimi insanlar öz təmiz qəlbi, xeyirxah əməlləri, mənəvi keyfiyyətləri ilə elə bir ucalıq, kamillik zirvəsi fəth ediblər ki, onları reallaşdırmağa heç ehtiyac da yoxdur. Onunla bir dəfə həmsöhbət olan hər hansı bir kəs sonra daim onun söhbətlərinin, mükalimələrinin cazibəsinə düşür, beş dəqiqlik fikir mübadiləsindən sonra həftələrlə, aylarla onun söhbətlərinin sehrində olursan. Ulularımız əbəs yerə deməyiblər ki, böyüksüz yerdə oturma!
Naxçıvan ədəbi mühiti milli zəmində yaranmış zəngin və qədim bir irsə dayanır. Bu mühitdə yaranan əsərlər ədəbi özəllikləri ilə seçilir. Bu baxımdan, qədim diyarın, Şərur mahalının Axura kəndində dünyaya göz açan, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü, 33 adda şeir və nəsr kitablarının müəllifi İbrahim Yusifoğlunun poetik dili üzərindəki araşdırmalar həmin mühitin üslub özəlliklərini səciyyələndirmək üçün kifayət qədər material verə bilir.
Şair,publisist İbrahim Yusifoğlu qeyd etdiyim otuzdan artıq kitabın müəllifidi. Onun şeirləri rus, fransız, türk, fars dillərinə tərcümə olunmaqla daha da geniş üfüqlərə üz tutmuşdu. Bir oxucu olaraq yaradıcılığına yaxından bələd olduğum İbrahim Yusifoğlunun hər bir yeni uğuru mənim üçün bir dost naliyyəti, bir qələm qardaşımın sevinci deməkdir. Məhz bu mənada , şair İbrahim Yusifoğlu imzası tərəfimdən böyük maraqla izlənilir.
Poeziya, insanın daxili dünyasının pəncərəsindən həyata baxışıdır və İbrahim Yusifoğluun şeir yaradıcılığına nəzər yetirəndə baxıb görürsən ki, bütün şairlərimizi düşündürən mövzulara o da müraciət edib. Amma fərq orasındadır ki, öz kökünə-soyadına, ocağına-suyuna bağlı olan şair poeziyada sözünü deyə bilib.
İbrahim Yusifoğlu hər şeydən əvvəl sevən şairdir. Onun məhəbbət lirikası sadəcə estetik zövq vermək xüsusiyəti ilə deyil, insan mənəviyyatına nüfuz etmək, insan ruhunu təzələmək gücü ilə təsirlidir.
Akademik İsa Həbibbəyli İbrahim Yusifoğlunun yaradıcılığı haqqında yazır:
“İbrahim Yusifoğlu milli şeirimizin istedadlı və daim axtarışlarda olan nümayəndələrindən biridir. O, şeiri vərdiş, yaxud mütaliədən çox istedadla təbii ilhamın axarında yazan şairlərdəndir. İstedad İbrahim Yusifoğluna həyatı və insanları şairanə şəkildə, poetik görkəmdə duymaqda və görməkdə bələdçilik edir. İbrahim Yusifoğlunda zəhmət faktoru istedad amili ilə vəhdətdədir. Uzaq dağ kəndində, təmiz və səfalı, çiçəkli, bulaqlı təbiətin qoynunda böyüyüb boya-başa çatan, bütün kənd uşaqları kimi mənsub olduğu ailənin təsərrufat həyatında mükəmməl zəhmət dərsləri keçmiş İbrahim Yusifoğlunun yaradıcılığında istedad şeirin ruhu və qanadı, zəhmət isə mahiyyəti və bəzəyidir. Sözlərdən, fikirlərdən, orijinal bədii təsvir və ifadə vasitələrindən şeirin “inşaat materialları” kimi özünəməxsus şəkildə, yaradıcılıqla faydalanmağı bacaran İbrahim Yusifoğlu sanki ilhamlı şeirlərinin istedadlı və zəhmətkeş bənnasıdır. Onun qələmindən çıxmış ən yaxşı şeirlər yaratdığı poeziya sarayının kərpicləri kimi uzunömürlüdür. “Ruhuma bircə bu yağiş doğmadı” şeirində etiraf etdiyi kimi:
Mənim şeirlərim könül varımdı,
Onlarda həm sevinc, kədər varımdı.
Qəlblərə ələnən yağışlarımdı,
Ruhuma bircə bu yağiş doğmadı.
( “Ruhuma bircə bu yağış doğmadı” s. 52)
Ölkəmizdə geniş şəkildə qeyd edilən Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyi , yəni "Heydər Əliyev ili" ilə əlaqədər olaraq şair İbrahim Yusifoğlu da özünün poeziya çələngini, yəni" O , GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR" poemasını oxucuların ixtiyarına vermişdi. Ayrıca kitab halıda çap olunan bu poema həm də Ulu Öndərin 100 yaşına yaxşı bir hədiyyədir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifova yazır: “İbrahim Yusifoğlunun “O, Günəş ömrüdü, sönməyəcəkdir” poemasında hadisələr təhkiyə üsulu ilə təsvir olunur və təsvir olunan hadisələrin gedişində lirik lövhələrə geniş yer verilməkdədir. Poemadakı hadisələrin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Poemada qəhrəmanın - Heydər Əliyevin həyəcanları, onunla bağlı təqdim edilən hadisələrin təsviri və onların doğurduğu hiss və duyğular yer alır. Poema heca vəznində qələmə alınması ilə diqqəti cəlb edir. “Azərbaycan Respublikası bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir” kimi hikmətamiz fikirlər əsərin birinci səhifəsinin başında, yəni əsərin əvvəlində açıqlığı ilə səciyyələnən mətn parçası-kəsiyidir. Poemada intrasemiotik uyğunluq yaratmağa qadir olan bu epiqraf bədii mətnin komponenti kimi oxucunu ilkin mətnə istiqamətləndirə bilir. İbrahim Yusifoğlu istifadə etdiyi epiqrafın ifadə etdiyi məna ilə oxucunun diqqətini əsərin məzmununa yönəldərək, əsərin ideyası ilə tanış edir. Oxucu epiqrafla tanış olduqdan sonra poemanın kimdən bəhs edəcəyi haqqında bilgi əldə edir. Poemada bu və digər epiqrafların işlənilməsi poemanın məzmun və ideyasını qavramağa yardımçı olur.Müəllif poemada bədii fikrin məntiqi ilə uzlaşan çoxsaylı epiqraflardan istifadə etmişdir ki, istifadə edilən epiqrafların da əksər qismi Heydər Əliyevə məxsusdur”. Poemada Ulu Öndərin ömrü yer üzünə nur saçan, əbədi ömür sürən günəşə bənzədilir:
Bir insan ömründən söz açıram mən,
Ö, günəş ömrüdür, sönməyəcəkdir.
Səadət verdiyi milyonlar qəlbən
...Bir insan ömründən söz açıram mən,
O, Heydər ömrüdür, sönməyəcəkdir.
Canıtək sevdiyi milyonlar qəlbən,
Onun haqq yolundan dönməyəcəkdir”
( O,Günəş ömrüdü,sönməyəcəkdir” – s. 10.)
İstedadlı şairin şeirlərində aparıcı xətt saf sevgidir. Təmiz hisslər, ülvi duyğular, saf məhəbbət şairin qəlbindən qələminə süzülür. Bu poetik nümunələr oxucuya mənəvi qida verməklə yanaşı, onu şeirin dərinliyinə aparır. Saf hisslər, ülvi duyğular, məhəbbət İbrahim Yusifoğlunun şeirlərinin leytmotivini təşkil edir.
Şeirlərindəki poetik duyğular, düşüncə tərzi, hisslər, ən əsası fikrini oxucuya məharətlə çatdırmaq qabiliyyəti alqışa layiqdir.
Göyləri üzünü aldı buludlar,
Hələ qəlb üşüdən külək də əsdi,
Mənim səndə xeyli əmanətim var,
Qaytarsan, bir gilə göz yaşı bəsdi.
(“Mənə bircə gilə göz yaşı bəsdi”.s.142)
Şair İbrahim Yusifoğlunun Vətən mövzusunda şeirləri onun doğma yurda olan məhəbbətini əks etdirir. O, əksər şeirlərdə birbaşa, bəzən də tamam ayrı mövzularda yazdığı, poetik nümunələrdə bir misra ilə də olsa belə Vətən dərdinə toxunmadan keçə bilmir.Şair şeirlərində təzahür olunan poetik təzad çox böyük ümidlər verir; bu isə orijinal istedadın qismətidir və əsl poeziyanın mahiyyətini təcəssüm etdirir.
Axır ki, ayırıb düşməni dostdan,
Tanıdın ən qəddar yağını, Vətən!
Qoynun uzaq olsun dlovdan, oddan,
Yaşa müstəqillik çağını Vətən!
(Seçilmiş əsərləri, s.29)
44 günlük müharibə dövründə İbarhim Yusifoğlunun vətənpərvərlik ruhunda yazdığı şeirlərlə əsgərlərimizi döyüşə ruhlandırırdı. Vətən uğrunda həlak olan şəhidlərimizin qəhrəmanlığından bəhs edilən şeirlər onların yaddaşlarda əbədi qalması üçün ən böyük heykəldir və ən böyük nemət isə “Zəfər nəğməsi”dir:
Nəğmələrin müqəddəsi, ulusu,
Meyvələrin ən şirini, sulusu,
Bulaqların ayna kimi duruşu,
Zəfər nəğməsi!...
(“Zəfər nəğməsi” s.12)
İbrahim Yusifoğlu uzun illər Naxçıvanda təhsil sahəsində səmərəli fəaliyyət göstərib. 1997-ci ildə “Şirvannəşr”də dərc etdirdiyi “Safdır, müqəddəsdir müəllim ömrü” adlı kitabında “Müəllimləri qoruyun” adlı yazısında bu müqəddəs peşə sahiblərinə layiqincə qiymət verilməsi üçün həyəcan təbili çalırdı: “Boyumuz partaya çatmayanda boylarından boy veriblər boyumuza. Əlimiz qələm tutmaq istəyəndə ürəklərindən güc, hərarət veriblər əllərimizə, barmaqlarımıza. Dünyanın ən zəngin lüğət fondunu köçürüblər dilimizə, hafizəmizə. Bəlkə də ona görə də həyatda ən çox həsəd apardığımız peşə sahibləri müəllimlər olublar?!Bəlkə də ona görədir ki, ömrünün 18-ci ilindən başlayaraq əlimə sinif jurnalı alıb, müəllimlik etmişəm... bu saf və müqəddəs adı daşıyırm, bu adla fəxr edirəm...”
Bəli, İbrahim Yusifoğlu təhsilin bütün sahələrində çalışıbdır. 1973-cü ildə Naxçıvan şəhərindəki pedaqoji məktəbi bitirdikdən sonra Şərur rayonunun ucqar dağ kəndləri olan Aşağı Yayçı və Axura kənd məktəblərində 10 ilə yaxın ibtidai sinif və ədəbiyyat müəllimi, 1981-ci ildən 1992-ci ilə qədər təhsil şöbəsində metodist, metodkabinet müdiri, 1992-ci ildən 2019-cu ilədək kadrlar üzrə məsləhətçi işləmişdir. Bu illər ərzində İbrahim müəllim təhsilimizin inkişafında yaxından iştirak etmişdir. Keçirilən attestasiyaların yekun rəyinə əsasən “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim” dərəcəsi almışdır.
1987-ci ildə qazandığı uğurlara görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Müəllimlərinin qurultay nümayəndəsi olmuşdur.
Təhsil sahəsində işlədiyi 50 il müddətində qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasında fəal iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının ömürlərini təhsilə həsr etmiş onlarla pedaqoqların zəngin təcrübəsi əsasında “Safdır, müqəddəsdir müəllim ömrü” seriyasından 8 adla kitab yazıb çap etdirmişdir. Onu “Müəllim ömrü” adlı şeiri bu gün də öz aktuallığını qoruyub, saxlayır, sevilə-sevilə oxunur:
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü-ömürlərə paylanan paydı,
Safdır, müqəddəsdir, müəllim ömrü.
Günəş hərarətli, dağ vüqarlıdı,
Saçları dalğındı, bəyaz qarlıdı,
Övladlı, nəvəli, gözəl yarlıdı,
Mehriban bir kəsdi müəllim ömrü.
(“Müəllim ömrü”. s.121)
İbrahim Yusifoğlu istedadlı şair, publisist kimi qəlbən vurulduğu müəllimlik peşəsinin də şərəfini uca tutur.
Ömrünün son 5 ilini AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlayıb. İbrahim müəllim vətənpərvər,dostcanlı, xeyirxah, saf bir insandır. Mən hər gün işə gələndə öncə İbrahim müəllimlə salamlaşıram. Otağının qapısı daim açıq olan İbrahim müəllim hər gün məni dağ otları ilə təzədəm çaya dəvət edir. Mən də deyirəm ki, - Ay şair siz bura əyalət,kənd hərarəti gətirmisiz. Bizim institututda sizdən başqa heç kəs əməkdaşları çay içməyə dəvət etmir. İbrahim müəllimin nurlu siması, şirin ləhcəsi onunla qarşılaşanda insanda xoş təəssürat yaradır. İbrahim müəllim yaxşı həmsöhbətdir. Saatlarla onunla elmi-ədəbi söhbətlər etməkdən doymursan.
Biz onunla AZTV-nin “Ovqat” verlişində birgə qonaq olmuşuq. Onun verlişdə oxuduğu şeirlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
Mən əməkdaşımız, həmkarım, böyük qardaş sandığım şair-tədqiqatçı İbrahim Yusifoğluya 70 illik yubiley münasibəti ilə cansağlığı, uzun ömür, yaradıcılıq uğurları arzu edirəm. Yaşadığınız bu şərəfli ömrün üstünə Allah-təala bir 30 il də əlavə etsin inşallah!
Yubileyiniz mübarək!
Vüqar Əhməd,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,filologiya elmləri doktoru, professor
Baxış sayı: 2 924
Bölməyə aid digər xəbərlər

1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə
12-10-2024, 20:45
Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır
12-10-2024, 19:55
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabir irsi və ədəbi dilə həsr olunmuş tədbir keçirilib
12-10-2024, 10:47
Ədəbiyyat müəllimi erotik fotolara görə töhmət alıb
28-09-2024, 21:57
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
28-09-2024, 21:51
Vüqar Əhməd: "Allahımızın üzü dönüb"
2-08-2024, 14:53
Mirzə Ələkbər Sabir Fondu yeni layihənin icrasına başlayıb