19:52 / 29-08-2026
AzTV-nin şəhid operatoru Sirac Abışovun doğum günü keçiirlib-VİDEO+FOTOLAR
20:20 / 27-08-2026
UEFA prezidenti Aleksandr Çeferin Rusiyanın Avropa Futboluna nə zaman qayıda biləcəyini deyir
20:16 / 27-08-2026
Turist dağlarda azıb
20:13 / 27-08-2026
İtin 5 yaşlı qıza hücum etməsindən sonra cinayət işi açılıb
20:04 / 27-08-2026
Qolu beton qarışdırıcıya ilişən uşaq xilas edilib
20:02 / 27-08-2026
Xərçəngdən vəfat edən Stella Baranovskayanın anası qızının müalicəsi üçün vəsait mənimsəməkdə ittiham olunub
18:46 / 27-08-2026
Danimarka Parlamenti Qrenlandiya qadınlarına kontrasepsiya üçün kompensasiyanı təsdiqləyib
18:43 / 27-08-2026
Avtomobil partlayışında həlak olan şəxsin şəxsiyyəti müəyyən edilib
18:40 / 27-08-2026
Yeniyetmələr tərk edilmiş binada bir uşağı döyüblər
18:37 / 27-08-2026
Malidə silahlı hücumlarda iştirakı ehtimal olunan şəxsləri müəyyən edib
18:34 / 27-08-2026
Hərbi əsirlər üçün işgəncə zirzəmiləri aşkar edilib
18:31 / 27-08-2026
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
18:28 / 27-08-2026
İnternetdə açıq şəkildə terrorizmə çağırış etməkdə şübhəli bilinir
18:24 / 27-08-2026
ABŞ və İran hazırda danışıqlar aparmır
18:22 / 27-08-2026
Polis bar davası ilə bağlı məlumatları araşdıracaq
18:10 / 27-08-2026
Misirdən Moskvaya uçan təyyarə Yekaterinburqda planlaşdırılmamış eniş etdi
18:07 / 27-08-2026
Onlayn lotereyada 10 milyon rubl dəyərində super mükafat qazandı
18:05 / 27-08-2026
Terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib
18:02 / 27-08-2026
Müstəntiqlər dosent Kamenevanın qətli ilə əlaqədar oğlunun həbs olunmasını tələb edirlər
17:57 / 27-08-2026
Kütləvi qəzada motosikletçi həlak olub
13:19 / 27-08-2026
Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb
19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ-ADİLƏ NƏZƏROVA
Tarix: 28-06-2023 20:10 | Bölmə: Ədəbiyyat

Sivilizasiyalar arasındakı əsas fərqlərdən biri də uşağa baxışdır.Uşaqlar bizim dünyamızda həmişə məsumluğun təcəssümü kimi qəbul ediliblər.Onlar böyüklərdən fərqli (bəzi aspektlərdə daha zəngin) bir varlıq olduqlarına görə, həmişə onlara müraciət etməyin yeni yolları axtarılmışdır.Belə ki, dövr dəyişdikcə uşaqlar üçün yeni nəşrlərə də ehtiyac yaranır.
Uşaq şeirləri yazmaq üçün uşaqların dünyasını araşdırmaq, onların saf, zəngin və rəngarəng aləmini tanımaq, xəyallarındakı “arzularını” bilmək lazımdır. Bu, təmiz və ya ən azı kin, ehtiras və ya dünyəviliklə çirklənməmiş bir dünyanın qapılarını açmaqdır ki, şair İsmayıl İmanzadənin şeirlərindən onun bu aləmə yaxın olduğu görünür.
Şairin təqdim etdiyi “Hər çəməndən bir çiçək”kitabında toplanan şeirlərin əksətiyyəti vətən, bayraq, ana, təbiətmövzusundadır. Elə buradan da görünür ki, şairin bu sahədə yazması uşaqlarda vətənə, bayrağa, təbiətə, yaxşılığa meyl oyatmaq, əxlaqi təkliflər vermək, həmçinin onların bilikli və zəngin dünyagörüşə malik bir vətəndaş kimi yetişməsinə kömək etmək məqsədi daşıyır.
İ.İmanzadənin şeirlərində maraq hissi, yaşamaq sevinci, vətən sevgisi, xeyirxahlığın, sevginin zəruriliyi kimi mövzular uşaqların tam anlayacağı sadə dillə işlənmişdir. Şairin “Adım Azərbaycandır”, “Gеrbim, Himnim, Bаyrаğım”, “Ana dilim”, “Azərbаycаn bаyrаğı”, “Babamın atı”, “Yurd sevgisi”, “Ana laylası”, “Əlifba” kitabım”, “Payızda açan çiçək”, “Yurd daşı, vətən daşı”,“Tumurcuq, “Qarışqalar”, “Günəbахаn”, “Sərçə”, “Kəpənək” və s. şeirləri canlı və təsirli hadisələr danışır. “Daş” şeirinin bir bəndinə nəzər salaq:
Nərdivаndı, sütundu -
Qаlаdı, səngərdi dаş.
Düşmənin qаrşısındа
Qаyа şəklinə düşən
Yenilməz əsgərdi dаş.
Bəlkə də, təqdim edilən şeirlərin bəziləri on-on beş il öncə uşaqlara aid edilməzdi, amma dövrümüz kompüter əsridir və bugünün uşaqları daha erkən yaşlarda daha dərin bilgilərə sahibdirlər. Bir dəyərli atalar sözü var: “Ağac yaş ikən əyilər.” Bu baxımdanşairin vətənpərvər ruhda yazdığı şeirlər, o cümlədən “Xarıbülbül” şeiri uşaqların altşüurunda vətən sevgisini formalaşdırır.
Xarıbülbül
Yurdumuzun
Naxışıdır,
Xarıbülbül
Şəhid ruhu,
Göz yaşıdır.
Və ya “Adım Azərbaycandır” şeirində deyir:
“Qavaldaş”da dil açan
Sirli alın yazımdı.
Gerbim, himnim, bayrağım
Varlığımdı, arzumdu.
Göründüyü kimi, İ.İmanzadə şeirlərində tam və yarım qafiyələrdən istifadə edib, heca vəzninə üstünlük verib. Hətta hər misrası 4 hecadan ibarət şeirləri də var ki, bu, uşaqların əzbərləməsi üçün çox asan və məqsədəuyğundur.
Şair “Balaca bağban”, “Xalça”, “Çoban” və s. kimi şeirlərində ifadənin təsirli olması üçün sərbəst şeirin imkanlarından da istifadə etmişdir.
“Balıqlar” şeiri dialoq şəklində yazıldığı və mətndə balıqların adları çəkildiyi üçün uşaqlara daha maraqlı gəlir. Onlar şeirlə birgə balıqların növlərini də öyrənmiş olurlar. Bu, bir növ uşaqların həyatı öyrənmək kəşfidir.
Şairin “Qаrаtikаn” və “Novruzgülü” şeirləri uşaqların düşüncə aləminə ikiqütblü dünyanın mənzərəsini çəkir, onlara yaxşı və pisi, xeyiri və şəri göstərir. Uşaqlar öyrənirlər ki, “yaxşı” həmişə qalib gəlir, “pis” isə layiq olduğu cəzanı alır. Beləliklə, uşaq identifikasiya yolu ilə öz üstünlüklərindən yaxşılığa istifadə etməyə yönəldilir.
İ.İmanzadənin şeirləri uşaqlara həm keçmişimizi - ənənələrimizi öyrədir, həm də yeni dünyanın rəngarəngliyini təqdim edir. “Köşək” şeirində uşaqlar dəvə balası ilə tanış olurlar.
Əlim boyuna çatmaz,
Yenilməyən gücü var.
Belində mütəkkəyə
Bənzəyən hürgücü var.
... Çox mehriban, əzizdir,
Nə savaş bilir, nə cəng.
Bilirəm böyüyəndə
Nər olacaq bu köşək!
“Təbiət lövhələri” şeirində şair təbiətə xas olan motivləri simvollaşdırır. Küləyin səsinin quzu mələməsinə bənzədilməsi, şaxtanın yaratdığı ecazkar naxışların təsviri, şimşəyin odlu olmasına rəğmən heç kimin o oddan istifadə edə bilməməsi, buludun köynəyini qurutma məqsədilə dağ başına qalxması fikri bədii təsvir, peyzaj yaratmaqla, uşaqların ədəbiyyatla ilkin tanışlığını təmin edir.
Küləyə bах, küləyə -
Аz qаlır ki, bаyırdа
Quzu kimi mələyə.
Şахtаyа bах, şахtаyа -
Bu gеcə gizli-gizli
Nахış vurub tахtаyа.
Şimşəyə bах, şimşəyə -
Pаy vеrməyib оdundаn
İndiyəcən kimsəyə.
Buludа bах, buludа -
Qаçır ki, dаğ bаşındа
Köynəyini qurudа.
“Tuncayın tikdiyi ev” şeirində şair xeyirxah münasibətin üstünlük təşkil etdiyi altı-yeddi yaşlı uşaqların həssaslığını əks etdirir. Tuncay çəkdiyi şəkilə fərqli məna verir və onu həqiqi evə çevirir.
Tuncay öz albomunda
Rəngli ev şəkli çəkdi.
Yamyaşıl “həyət”də də
Həm ağac, həm gül “əkdi”.
Sonuncu bənddə “...Tuncay dedi: -Aysuya Verəcəyəm şəkli mən.” - deyən uşaq ətraf aləmin predmetinə və hadisələrinə, insanların həyatına təsir edəcəyinə inanır. Bu animizmdir, “Kirayədə qalırlar, Öyrənmişəm özündən.” isə uşağın eqosentrik münasibətinin əksi sayıla bilər.
Nümunələri çox artıqmaq olar, amma bir neçə nümunədən də görünür ki,
İ.İmanzadənin sayca 29-cu, o cümlədən, uşaq şeirləri olaraq 4-cü olan bu kitabı uşaqların marağına səbəb olduğu qədər, ibtidai sinif və baxça müəllimlərinin də diqqətini çəkəcəkdir.
Qeyd: Ölkəmizdə uşaq ədəbiyyatı müəyyən səbəbdən həmişə müzakirə obyekti olub, amma nəzərə almaq lazımdır ki, bu mövzu yüksək inkişaf etmiş ölkələrdə ixtisasa çevrildikdən sonra, uşaq ədəbiyyatı yaratma prosesini sürətləndirmişdir.
ADİLƏ NƏZƏROVA,
filologiya üzrə fəlsəfə doktoru
Baxış sayı: 2 756
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR