19:15 / 03-10-2026
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan
00:03 / 02-10-2026
“Süni intellektdən soruşdum ki, hakimi əvəz edə bilərmi?” - İnam Kərimov
00:00 / 02-10-2026
Keçmiş futbolçu Səmədov Dzyuba təqaüdə çıxdıqdan sonra nə ilə məşğul olacağından danışdı
23:54 / 01-10-2026
Lionel Messi İspaniya futbol klubu "Eldense"nin sahibi oldu
19:25 / 01-10-2026
İran xarici işlər nazirinin müavini Moskva-Tehran münasibətlərinin perspektivlərini müzakirə etdi
19:19 / 01-10-2026
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin həlli üçün şərtləri açıqladı
19:15 / 01-10-2026
Keçmiş mer Viktor Tarxovun qətlində ittiham olunan nəvəsi əqli cəhətdən sağlam hesab edilib
19:11 / 01-10-2026
İrina Farionun qətli ilə bağlı hökm oxunub
19:09 / 01-10-2026
Tramp: "Venesuela hələ prezident seçkilərinə hazır deyil"
19:02 / 01-10-2026
Məktəbli müəlliminin üzünü porno aktrisaya yapışdırdı və 20.000 rubl cərimə edildi
18:55 / 01-10-2026
"Gazeta Wyborcza": Polşa Prezidenti Navrocki dövlət vəsaitləri hesabına atlar alıb
18:52 / 01-10-2026
Nəhəng dəniz tısbağası xilas edilib
18:48 / 01-10-2026
Bir kişi dörd nəfəri yaralayıb və polis tərəfindən saxlanılıb
18:43 / 01-10-2026
Belarus Xarici İşlər Nazirliyi Parisin Minskin BMT Təhlükəsizlik Şurasının iclasında çıxış etməsinə mane olduğunu bildirdi
18:40 / 01-10-2026
Qismən batmış yaxta tapılıb
18:36 / 01-10-2026
Tramp: "Venesuela nefti tezliklə ABŞ-ın strateji neft ehtiyatını dolduracaq"
18:31 / 01-10-2026
Tramp ABŞ-ın noyabr seçkilərindən sonra İranı bombalamağa davam edə biləcəyini etiraf etdi
18:27 / 01-10-2026
Tramp: "Zelenski çox güclü ABŞ sursatını qəbul etməkdən imtina etdi"
18:25 / 01-10-2026
Dzyuba təqaüdə çıxdı, amma Rusiya Kubokunda oynayacaq
18:19 / 01-10-2026
13 tibb işçisi eyni gündə işdən çıxarılıb - 20 dəqiqəyə arayış veribmişlər
18:13 / 01-10-2026
Var-dövləti ilə gündəmə gələn deputatın mandatı - Ləğv edildi
18:04 / 01-10-2026
General Əfqan Nağıyev 60-a çatdı
17:03 / 01-10-2026
Bir uşaq 23-cü mərtəbənin pəncərəsindən yıxılıb və sağ qalmayıb.
17:00 / 01-10-2026
Ufadan təxminən 50 turist Suxumda qalıb
16:58 / 01-10-2026
Şirkətin ortaq sahibinə qarşı sui-qəsd cəhdi edilib
16:55 / 01-10-2026
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
16:53 / 01-10-2026
İstintaq Komitəsi təqaüdçünün əməliyyat zamanı öldüyü xəstəxananı yoxlayacaq
23:58 / 30-09-2026
Atəşpərəst qadının və uşağının dəfn olunduğu yer tapılıb
23:54 / 30-09-2026
Kömür mədənində iş dayandırılıb; 300-dən çox insan təxliyə edilib
21:03 / 30-09-2026
Zaxarova Lavrovla Əfqanıstan Xarici İşlər Naziri arasında danışıqların aparılacağını açıqladı
21:00 / 30-09-2026
Ulyanov Avstriya Prezidentinə ölkəsinin xəritəsinə baxmağı təklif etdi
20:58 / 30-09-2026
Makron Britaniyanı AB-yə geri dəvət etdi
20:46 / 30-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Ukrayna hərbi qaçaqmalçılığın fəal iştirakçısına çevrilib
20:42 / 30-09-2026
Lisey şagirdi 25 il müddətinə azadlıqdan məhrum edilib
20:35 / 30-09-2026
Bolqarıstan Baş naziri bildirib ki, AB Rusiya ilə nüvə münaqişəsi riskini nəzərə almır
20:31 / 30-09-2026
Uşaq Ombudsmanı Ofisi Rusiyada 32 uşağa yaxınları ilə yenidən qovuşmağa kömək etdi
20:27 / 30-09-2026
İsrail müdafiə naziri Flydubai reysində baş verən hadisəni terror aktı cəhdi adlandırdı
20:18 / 30-09-2026
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
20:11 / 30-09-2026
Beş uşağın üzərinə paltar şkafı düşüb, xəsarət alıblar
Əhməd Cavadın Vətən idealı-Ramiz QASIMOV
Tarix: 05-05-2023 20:34 | Bölmə: Ədəbiyyat

May ayının 5-i Azərbaycanın İstiqlal şairi, Türk dünyasının sevilən yazarı, bütün yaradıcılığı və şəxsi fəaliyyətilə türk dünyasının birliyinə xidmət göstərmiş Əhməd Cavadın (1892-1937) doğum günüdür.
Əhməd Cavad Azərbaycan ədəbiyyatının istiqlal mərhələsinin ən sanballı şairlərindən biridir. Görkəmli Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnum dolu nümunələri ilə fərqlənmişdir.
Əhməd Cavad o şairdir ki:
Soranlara mən bu yurdun
Anlatayım nəsiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm –
deyə mənsub olduğu xalqının və ölkəsinin “haqq səsini bağıran” ruporu kimi çıxış etmişdir. Gözəl şeirlər müəllifi Əhməd Cavadın müəllifi olduğu Azərbaycanın ilk dövlət himnini indi də müasir nəsillər müstəqillik qüruru ilə oxuyurlar. Əhməd Cavad yaradıcılığının bu xüsusiyyətlərinə görə həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnum edən yaradıcı sənətkarların ağsaqqalı və başçısıdır. Y.Qarayev onun haqqında yazır: “Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini Əhməd Cavadın poeziyasından alıb. ...Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə ücrəngli bayrağa altı nəğmə yazıb, “Dilimiz” şeirini (1913) qələmə alıb, əlifbaya poeziya həsr edib. ...Müsavatın ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə olduğu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurban da Əhməd Cavad olub”.
Vətəndaşlıq duyğularının tərənnümü ilə ədəbiyyata gələn Əhməd Cavad “haqq bağıran səsi” olduğu ölkəsinin dövlət müstəqilliyi əldə etdiyi illərdə bu müstəqilliyin tərənnümçüsünə çevrilmiş, onun dövlət himninin müəllifi olmaqla bərabər dövlət rəmzlərinə ən çox şeir qoşan və bu müstəqilliyin verdiyi qüruru daha çox tərənnüm və təbliğ edən şair kimi özünü təsdiq etmişdir. Azərbaycanın dövlət müstəqilliyi qazandığı illərdə şair Azərbaycanın ucalan dövlət bayrağına ard-arda bir necə şeir yazmış, onun qürurunu əks etdirmiş və yaşatmışdır.
Ümumiyyətlə, demək lazımdır ki, 1920-ci illərə qədər Azərbaycanın dövlət müstəqilliyinə və onun dəyərlərinə açıq-açığına şeirlər yazan Əhmad Cavad 20-ci illərdən sonra onun kimilərin dövranı olmayan bir cəmiyyətdə daha çox simvolizələrdən istifadə etməklə əvvəlki xoşbəxt dövrana və illərə həsrət dolu şeirlər yazmaq məcburiyyətində qalmışdır. “Göy göl” əsəri daxil olmaqla şox əsərləri var idi ki, Əhməd cavad lirik şeirin ən gösəl örnəklərini yaratmışdı və romantik pafosla təbiətin tərənnümünü dilə gətirmişdi. Hətta “Göy göl” şeirini öz dövrünün tanınmış dövlət adamları lirik şeirin ən gözəl nümunəsi, Puşkin şeirindən seçilməyən sənətkarlıq nümunəsi hesab etmişdilər. Lakin 1923-cü ildə sonra Əhməd Cavadın qara günləri daha ağırlığı ilə başlamış, şairə göz verib, işıq verməmişdilər. Elə bu ağrılı başlanğıc da məhz şairin yüksək istedad və romantik lirik pafosla yazılmış “Göy göl” şeirində qəlbiqara tənqidçilərin müşahidə etdikləri siyasi notlarla mühakimə edilmişdi. Ümumiyyətlə, Sovet dövrünün “çekist ruhlu” tənqidçiləri bu müstəqillik nəğməkarı olan şairin bir çox əsərlərini siyasi motivlərlə tənqid və tənbeh etmişdilər. Lakin bu fikir doğrudur ki, böyük sənətkarın sovet dövründə yazdığı “Nə yazım”, “Azərbaycana” kimi bir sıra əsərlərində dövlət müstəqilliyinin devrilməsindən doğan milli kədər əsas motiv olmuşdur. “Nə üçündür”, “Madonnaya” (1922), “Sən ağlama” (1923), “Aya” (1923), “Gözəl qadın” (1924), “Unudulmuş sevda” (1924) şeirlərində şair Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsini, gözəl vətəninin müstəmləkə boyunduruğuna keçməsini milli faciə kimi qarşılamış, bu faciə ilə heç cürə barışa bilməmişdir (T.Salamoğlu). Əhməd Cavadın turkiyəli tədqiqatcısı İ.M.Yıldırım da yazırdı ki: ““Unudulmuş sevda” şairin ideallarıdır”.
Ə.Cavadın sovet dövrü yaradıcılığı haqqında bunları da əlavə etmək olar ki, şair saxta Leninçi, Stalinçi şeirlər əhatəsində pambıqçılıqdan, əməkçilikdən, qara fəhləlikdən yazanda milli iradəni və müstəqilliyi qıran işğalçı və istilaçı diktaturanı ifşa edən misralar da söyləmişdir. Şairin “Səsli qız” əsərində, fikrimizcə, “Apardı sellər Saranı” xalq əfsanəsinin motivlərindən istifadə edilərək ellərin gözəlliyini və gözəl günlərini, xoşbəxtlik və bəxtəvərliyini aparan sərt üzlü diktatura və onun şər üzlü hökmdarından bəhs etmiş, sanki yeni bir əfsanə yaratmışdır. Əsərdə Neron və Firon kimi Allahlıq iddiasında olan əzazil hökmdarlarların taleyindən söhbət gedir. Əsərdə şərin mükəmməl obrazını yaratmaqla bərabər şərə yenilməyib də qətiyyətlə mübarizə aparan qəhrəman el qızlarından bəhs edilmişdir. Əsərdəki:
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.
Gülmək zatən yox idi
Ağlamaq oldu yasaq.
Zavallı məğlub ölkə,
Sənə nə hüquq, nə haqq!..
Şair bu misralarla əzilmiş, haqqı, hüququ boğulmuş bir xalqın taleyindən bəhs edərkən sanki öz ölkəsinin işğal altında olan taleyini ümumiləşdirmişdir. Şair:
Sara coşdu bir daha…
Coşdu qızın səsində
Ölkədə qaynayan kin.
Boş yerə bir ölkənin
Haqsızca axan qanı.
Saranın dodağında
Canlandı, oldu mahnı,
- deyə Sara kimi məğrur, qəhrəman qızları olan bir ölkənin diriliş hayqırtısını obrazlaşdırmışdır.
Şairin “Gəlmişəm pambıqlar diyarından”, “Kür”, “Pambıq dastanı” kimi əsərlərində sovet işğalı və diktaturasına qarşı sərt münasibət və nifrət yer almışdır. Mübariz bir xalqın iradəsini qırıb qara fəhlə və əkinçiyə çevirən, əməkçilik və zəhmətkeşlik adı altında əzilən, insanlıqdan məhrum olan, hər cür əzaba və məhrumiyyətə düçar olan xalqın məşəqqət və güzəranını, mənəvi vəziyyəti və psixoloji əhval-ruhiyyəsini təqdim etmişdir. Azərbaycan ədəbiyyatında ölkənin Şimala və Cənuba ayrılmış uğursuz, kədərli taleyini obrazlaşdıran Araz lirikası mövcud olmuşdur. Hətta bir çox ədib və şairlər bu mövzuda daha çox tanınmışlar. Lakin daha böyük Azərbaycan, tarixi tale və Turan eli obrazını əks etdirən “Kür lirikası”nı Əhməd Cavad ədəbiyyata gətirmişdir. Ə.Cavad daha böyük, geniş bir coğrafiyanı, məxsusi olaraq Qərbi Azərbaycanı əhatə edərək kükrəyən, aşıb-coşan Kürün axış istiqamətində həm Azərbaycanın tarixi ərazilərini, həm də qardaş elləri anlamında türk birliyi poetik coğrafiyasını obrazlaşdırdığını düşünürük:
Dünyanın ilk çağından
Ərdahanın dağından.
Əski bürcün sağından
Çıxıb keçən, axan Kür!
“Alagöz”dən bu yana,
“Ağbaba”dan o yana.
Hey dayana-dayana
Gəzintiyə çıxan Kür!
Gürcücə “Matkovari”,
Türklərin qədim yarı.
Gəzib bir çox diyarı
Aşiqləri yaxan Kür!
“Araqva”ya ol yoldaş,
“Alazan”la qucaqlaş.
“Araz”ı götür birbaş
Get Xəzərdə yıkan” Kür! və s.
Ə.Cavadın həsrət dolu ifadə etdiyi coğrafi adlar mühaciərt ədəbiyyatımızın görkəmli nümayəndəsi Almas İldırımın da lirikasında bol-bol işlənmiş, Azərbaycanın tarixi bütövlüyü və Turan ellərinin nisgili öz əksini tapmışdır (Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağdan Alagözə ötürsə...). Ə.Cavadın Kür çayının axışı istiqamətində adlarını məxsusi olaraq nəzərə çarpdırdığı Alagöz, Ağbaba Qərbi Azərbaycanımızda mövcud olan dağ adlarıdır. Alagöz Kiçik Qafqaz sıra dağlarının Qərbi Azərbaycanımızı əhatə edən hissəsində olan ən hündür zirvəsidir. Ağbaba isə oradakı həm dağın, həm də mahalın adıdır. Görünür, şair ““Arazı” götür birbaş Get Xəzərdə yıkan Kür” deməklə Kürü bütün qolları ilə Azərbaycanı bağrını basaraq birləşdirmək fikrini ehtiva etmişdir.
Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə ötən il Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Əhməd Cavad ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəsti-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpəvərlik duyğularının heyrətamiz poetik ifadəsidir”.
Ümumiyyətlə, dövlətcilik yönlü vətəndaşlıq lirikası və dövlət atributlarının müstəqilllik duyğularının ifadəçisi kimi tərənnümü Əhməd Cavad yaradıcılığı üçün səciyyəvidir. Əhməd Cavad yaradıclığındakı türk birliyi ideyası, poetik pafosu və ictimai diktəsi ilə türk dünyasında çox sevilən bir sənətkara çevrilmişdir. Təsadüfi deyil ki, Qara dəniz üzərində türk gəmilərinin qazandığı qalibiyyətə sevinc duyğularından yaranmış “Çırpınırdın, Qara dəniz” şeiri hələ də bütöv türk dünyasında türk birliyinin himni kimi böyük hörmətlə səsləndirilir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 124
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR