19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
KAMAL CAMALOV TƏDQİQATÇILIQ VƏ NATİQLİK MƏHARƏTİİLƏ SEÇİLƏN TƏDQİQATÇI ALİMDİR-Əbülfət Pələngov
Tarix: 01-05-2023 21:21 | Bölmə: Ədəbiyyat
(Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovun 50 illiyi münasibətilə)

Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovla 2010-cu ildən tanış olmuşuq. Həmin ildə Naxçıvan Müəllimlər İnstitutunun akreditasiyası zamanı mən komissiyanın sədri olmuşdum. O zaman Kamal müəllimlə qabaqcıl və istedadlı gənc müəllim kimi tanış olmuşdum. Onu da qeyd edim ki, həmin illərdənKamal müəllim kollektivin və rəhbərliyin sevimlisi idi.Rəhbərliyin ona verdiyi səlahiyyət böyük olsa da, özünü sadə və təvazökar aparması məni bir qədər də ona yaxınlaşdırdı. İşinə kimin isə müdaxilə etməsinə imkan verməzdi, ancaq məsləhət almağı da xoşlayardı. O vaxtlardan mən onu özümə kiçik qardaş və yaxın dost bilmişəm, bu günə qədər də bu səmimiyyət qorunub saxlanılmışdır.
Sonra taleyimiz elə gətirdi ki, biz ildən ilə bir-birimizə yaxın olduq. Buna birinci səbəb sonrakı vaxtlarda Kamal müəllimin doktorluq dissertasiya işində mənim Elmi seminarın sədri və Dissertasiya şurasının üzvü olmağım oldu. Ona görə də Kamal müəllimin dissertasiya işinin müzakirəsi çox qızğın keçdi, çıxışları prosesə sədrlik edən birisi kimi məni heyran etdi. Gördüm ki, o, şəxsiyyəti kimi dissertasiya işini də mükəmməl hazırlamışdır. Çıxış edərkən yüksək bilik nümayişi, tədqiqatçılıq və natiqlik məharəti məni heyran etdi. Tezliklə müdafiə işini uğurla tamamladı və Azərbaycan Respublikasının Prezidenti yanında AAK-n qərarı ilə ona iddia etdiyi elmi ad verildi. Ondan sonrakı proseslərin hər mərhələsində biz bir-birimizə dəstək və məsləhətçi olmuşuq. Azərbaycanın Əməkdar müəllimi Kamal Camalovun “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” (VII əsr – XX əsrin əvvəlləri) adlı dərs vəsaitinin ön söz müəllifiyəm (Bakı: ADPU-nun nəşriyyatı, 2019, 222 səh.) Qoca Şərqin böyük mütəfəkkiri Arif Ərdəbili yazır ki, “Ey qələm! Çalış fikir dənizindən yeni-yeni incilər çıxarasan. Sən şəkər verən qamışdan bununla seçilirsən ki, şəkər yerinə gövhər saçırsan. Özü də sənin məhsulun şəkərdən qat-qat şirindir”. Bu mənada, mütəfəkkirlərin fikir dənizindən yeni-yeni incilər tapıb çıxaran Kamal Camalovun tədqiqat dairəsi genişdir. Onun fikri sadə, sözü tam və inandırıcı, fəaliyyəti isə gərgin və məhsuldardır. Bu fikri onun “Azərbaycan romantiklərinin maarifçilik ideyaları”, “Həzrəti Əlinin elm və tərbiyə haqqında ideyaları”, “Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə”, “Hüseyn Cavid və məktəb”, “Mollanəsrəddinçilər və ailə-məktəb problemi”, “Mollanəsrəddinçilərin maarifçilik ideyaları”, “Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları”, “Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” və s. adlı dərslikləri, dərs vəsaitləri, monoqrafiyaları və 500-dən artıq elmi-pedaqoji yazıları da təsdiq edir. Bu sanballı əsərləri ilə Kamal müəllim Azərbaycan məktəb və pedaqoji fikir klassiklərinin, maarifpərvərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini təhlil etmişdir. Gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini üzə çıxarmış və bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür.
Əməkdar müəllimi Kamal Camalovun apardığı tədqiqatlar, yazdığı kitablar təsdiq edir ki, o, məktəb və pedaqoji fikir tarixinin tanınmış gənc tədqiqatçısıdır və bir gənc tədqiqatçı kimi tarixi mənbələrə istinad edərək dəqiq və düzgün yazmağa üstünlük verir. Elmi həqiqətin meyarı hesab edir və elmi fəaliyyətində bu meyara sadiq qalır. Ümumiləşdirmələrlə zəngin olan bu əsərlərdə xalqımızın mənəvi yaddaşını, vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik, humanizm barədə düşüncələrini, milli-mənəvi dəyərləri, pedaqoji fəaliyyətin hərəkətverici qüvvəsinə çevirmək onun tədqiqatçılıq fəaliyyətinin başlıca meyarı olmuşdur. Vəsaitdə qeyd olunur ki, böyük mütəfəkkirlər ötüb keçənlərə deyil, dünəndən bu günə baxmış, sanki dünəni bugünləşdirmiş, dünənə bu günün çalarlarını əlavə edərək sabaha aparmış, əbədiləşdirmişlər. Söz xiridarlarının həyat yoluna və zəngin ədəbi-pedaqoji irslərinə dərindən nüfuz etdikcə, onların yaradıcılığı ətrafında tədqiqat və tapıntılar genişləndikcə görürük ki, öyrənilməmiş problemlər daha bariz, daha qabarıq şəkildə nəzərə çarpır. Sələflərin (Həzrəti Əli (ə.), BalasaqunluYusuf, Xaqani Şirvani, Nəsirəddin Tusi, MarağalıƏvhədi, Fəzlullah Nəimi və b.) və xələflərin (Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, MəhəmmədağaŞahtaxtlı, Firidun bəy Köçərli və b.) çoxcəhətli pedaqoji-ictimai fəaliyyətlərində elə məsələlər, elə problemlər vardır ki, bunlara indiyə qədər ya heç toxunulmamış, yaxud da ötəri və ya ümumi şəkildə bəhs olunmuşdur. Görkəmli maarifçi və pedaqoqlarla bağlı xarici ölkələrdə də çoxlu kitablar və məqalələr yazılmışdır. Ayrı-ayrı məqalələrdə böyük mütəfəkkirlərin təlim və tərbiyə məsələlərinin araşdırılmasına da təşəbbüslər göstərilmişdir. Lakin yenə də böyük ideya sahiblərinin fəaliyyətlərinə, o cümlədən, məktəb və maarif, tərbiyə və əxlaq məsələləri haqqında olan görüşlərinin tədqiqinə hələ də zəruri ehtiyac duyulur.
Bu zəruriliyə ehtiyac duyulduğunu hiss edən Kamal Camalov dərs vəsaitində sələflərin və xələflərin pedaqoji görüşlərini sistemləşdirmiş, ümumiləşdirmiş və müasir məktəb təcrübəsində istifadə imkanlarını üzə çıxarmaqla mənəvi ədalətsizliyin təsvirini, mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırışı, əxlaqi keyfiyyətlərin təbliği, vətənpərvərlik, humanizm, ailə tərbiyəsi, islam əxlaqı və ümumbəşəri dəyərlər ilə bağlı fikirləri araşdırmışdır.
İnanıram ki, bu kitab gələcəkdə məktəb və pedaqoji fikrin inkişafı tarixində pedaqoqların yeri və rolunun təhlili kimi dərslik və dərs vəsaitlərinin hazırlanmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. Çünki “Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” adlı əsərdə tarixi-pedaqoji prosesin, elmi-nəzəri fikrin tədqiqi yeni konsepsiya əsasında tədqiqə cəlb olunur.
Maraqlı cəhətlərdən biri də budur ki, Kamal Camalov tərəfindən pedaqogika tarixinin öyrənilməsində pedaqoq və maarifçilərin fəaliyyəti aşkara çıxarılır, tərbiyə və təhsilin təşəkkülü, inkişafı və deformasiyasının səbəbləri müəyyənləşdirilir, pedaqogika elminin təşəkkülü və inkişaf tarixinin yeni dövrləşməsi verilir, pedaqoji tənqid tarixinin yaradılmasına təşəbbüs göstərilir, pedaqoji görüşləri tədqiqdən təcrid olunmuşların (Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Fəzlullah Nəiminin və b.) yaradıcılığı yeni baxış, yeni ideya süzgəcindən keçirilir.
Tale elə gətirib ki, bir birimizin şad günlərdə sevincimizi qardaşcasına bölüşmüşük, kədərli günlərimizdə bir-birimizin yanında olmuşuq. İllər ötdükcə, daha yaxın sirdaş olmuşuq, əlaqələrimiz daha çox olmuş, münasibətlərimizdən və məsləhətlərimizdən daim fayda görmüşük. Ona görə də Kamal Camalov haqqında nə qədər istəsən yazıb danışa bilərəm, lakin riyaziyyatçılar lakonik danışmağı və yazmağı sevdiklərindən mən də bu ənənəyə sadiq qalmağı üstün tuturam. Həm də onun həyat və elmi-pedaqoji bioqrafiyasını nəzərdən keçirmək kifayətdir ki, onun haqqında əminliklə söz deyəsən.
Hər bir şəxsə (elə obyektə də) qiymət verərkən onun ikili ( müsbət və mənfi) xarakterlərini təsnif və müqayisə etmək lazımdır. Halbuki, müsbət və mənfi anlayışları da dəqiq olmayan və nisbi anlayışlardır. Buna baxmayaraq, qiymətləndirmə üçün əsas meyardır. Dahilər demişlər ki, həqiqət müqayisədə meydana çıxır. Bu baxımdan Kamal Camalov üçün qiymətləndirmə aparsaq, əsil kişi xarakterli olmasının şahidi olarıq. Mənim fikrimcə, o, dost və qardaş üçün canını belə fəda etməyi əsirgəməz. Ancaq sevgisi boyda nifrətini də gizlədə bilməz. Bir sözlə, o dosta dost, düşmənə düşmənliyini göstərə bilən bir kişidir. Yaxşı ki, həyatda heç bir düşməni yoxdur, dostları isə çoxdur.
Kamal müəllim həmişə əsil müəllimə, metodistə və alimə yaraşan səliqə sahmanlı tədqiqatçıdır. Ona görə də onun alimliyi haqqında çoxlu fikir söyləmək fikrindən daşınıb, şəxsiyyətini xarakterizə etmək istəyirəm. Ona görə hesab edirəm ki, bu səliqə onun həyatının bütün sahələrinə hopmuşdur. Gözəl ailə başçısı kimi övladlarına elə tərbiyə vermişdir ki, onların da hər biri öz sahəsi üzrə atalarını qabaqlayacaqlar, böyük övladının atasının yolu ilə getdiyini bilirəm. İnanıram, onların hər biri atalarına layiq övlad olacaqlar.
Mənim bir sözüm var, bəlkə məndən qabaq kimsə bu fikri söyləmişdir, lakin mən onu heç yerdən oxumamışam deyə özümünkü hesab edirəm: “Kiminlə də yaxşı münasibətdə olmaq istəsən, onun ancaq gözəl xüsusiyyətlərini yadına sal qəlbində ona qarşı sevgi yaransın”.Mən artıq bu prinsiplə Kamal müəllimlə dostluq edirəm və bundan çox məmnun oluram.
Sonda dostum Kamal Camalovun 50 illik yubileyində ona möhkəm can sağlığı və istədiyi ömür payını arzulamaqla dədə Şəmşirin dili ilə demək istəyirəm:
Şəmşir kimi gözün, könlün tox olsun,
Qaşın qələm, müjganların ox olsun.
Sənin dostun qoy hamıdan çox olsun,
Dostum, o zaman yazaram yüz tərif sənə!!!
Əbülfət Pələngov,
ADPU-nun professoru, pedaqoji elmlər doktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının
həqiqi üzvü, Əməkdar elm və texnika xadimi

Baxış sayı: 1 907
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR