08:30 / 15-07-2026
Gəmi sahibləri Trampın Hörmüz boğazından keçid üçün 20% ödəniş təklifini tənqid etdilər
08:27 / 15-07-2026
Kamçatkada 2.0 bal gücündə zəlzələ hiss olunub
08:25 / 15-07-2026
CENTCOM ABŞ-ın Hörmüz boğazı yaxınlığında onlarla hədəfə zərbə endirdiyini bildirdi
08:21 / 15-07-2026
Maslov: "Çin iqtisadiyyatını əvəzolunmaz hala gətirib və Avropa bunu qəbul etməlidir"
08:17 / 15-07-2026
Ebola epidemiyası 750-dən çox insanın ölümünə səbəb olub
23:28 / 14-07-2026
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
18:26 / 14-07-2026
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
18:23 / 14-07-2026
Sürücü yanacaq xəttində qadınla dalaşıb
18:19 / 14-07-2026
Zelenski Rusiya raketləri sayəsində Avropanı öz raketdən müdafiə sistemini yaratmağa çağırdı
18:08 / 14-07-2026
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
18:06 / 14-07-2026
Avropa və Ukrayna ABŞ-ın diqqətini Alyaska qərarlarından "yayındırmaq" üçün əllərindən gələni etdilər
18:02 / 14-07-2026
Adam oğurluğuna görə altı il həbs cəzasına məhkum edilib
17:59 / 14-07-2026
Hörmüz boğazının yeni blokadasından sonra bir ekspert neft qiymətlərini proqnozlaşdırdı
17:56 / 14-07-2026
ABŞ-ın Hörmüz boğazı üzərində nəzarəti hüquqi və iqtisadi cəhətdən qeyri-mümkündür
17:53 / 14-07-2026
Polis çantada avtomat və qumbara daşıyan bir kişini saxlayıb
17:50 / 14-07-2026
Hörmüz boğazındakı vəziyyətə görə sığorta şirkətləri böhranla üzləşir
17:47 / 14-07-2026
Bəyəndiyi qızın anasını qətlə yetirməkdə ittiham olunur
17:40 / 14-07-2026
Politoloq deyir ki, NATO Macarıstanı Rusiya ilə münasibətləri kəsməyə məcbur edir
17:35 / 14-07-2026
Evli cütlük həkimə hücum etdi
10:30 / 14-07-2026
Miroşnik: "Ukrayna Silahlı Qüvvələrinin Azov dənizindəki hücumları nəticəsində iki dənizçi həlak olub
10:27 / 14-07-2026
"Voronin" ulduzunun qardaşı ABŞ-da ömürlük həbs cəzası ilə üzləşib
10:24 / 14-07-2026
92 dron məhv edilib, iki nəfər yaralanıb
10:19 / 14-07-2026
Bir yeniyetmə topu götürərkən boğuldu
10:16 / 14-07-2026
Bir qadın və 9 yaşlı oğlu çayda boğuldu
10:14 / 14-07-2026
Olimpiya biatlon çempionu 53 yaşında vəfat etdi
23:40 / 13-07-2026
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
20:25 / 13-07-2026
Polşa öz kosmik gəmisini qurmağı planlaşdırır
20:23 / 13-07-2026
Türkiyəyə satılan Rusiya "S-400"ləri BƏƏ və ABŞ bazalarının təhlükəsizliyini gücləndirəcək
20:18 / 13-07-2026
Rusiya səfirini kiberhücumlar səbəbindən çağırdı
20:12 / 13-07-2026
Tramp İranı son anda müqaviləni dəyişdirməyə çalışmaqda günahlandırdı
20:07 / 13-07-2026
Yaralı gənclər siyasəti nazirinin vəziyyəti açıqlanıb
20:05 / 13-07-2026
İki qızın öldüyü qaçış otağının sahibinə hökm oxunub
20:02 / 13-07-2026
11 nəfər 27 ton süd oğurlamaqda ittiham olunub
19:59 / 13-07-2026
Krımda yanacağın vəziyyəti gərgin olaraq qalır
19:57 / 13-07-2026
Avropanın hərəkətləri onun Rusiya qazına ehtiyacı olduğunu göstərir
19:52 / 13-07-2026
İsveçrəli futbolçunun Dünya Kubokunda meydandan qovulması ilə bağlı mübahisəli məsələni izah etdi
19:45 / 13-07-2026
Mütəxəssislər Yaxın Şərqdə ən təhlükəsiz ölkələrin adını açıqladılar
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
Tarix: 26-03-2024 14:48 | Bölmə: Ədəbiyyat

ÖLÜM YOL AYRICIYMIŞ ...
Alın yazısıdır ömrün “sayqacı”,
Nə “açarı” məlum, nə “kod”u bəlli.
Ölümün heç demə yoxmuş əlacı,
Xəyal da, xülya da boş bir təsəlli...
Alın yazısı da yol “xər(i)təsiymiş,
Gəlimli-gedimli hər anı zülmət.
Bəlkə lal harayı ritmi, səsiymiş,
Ya da ağlar qalan min arzu, niyyət.
Hər sətri, qulağa çatmayan avaz,
Kimsə halı deyil “əlifbasından”.
Həm şaxtalı qışdı, həm çiçəkli yaz,
Həm də döyünən qəlb, sızıldayan can!
Ömür asılıymış tək bircə teldən,
Alın yazısının sonu acıymış.
Hardasa qəfildən qəddin dikəldən,
Ölüm axırıncı yol ayrıcıymış...
01.01.2024
XATİRƏLƏR
Nahaq yerə tutdum dilə,
Geri dönməz ta vaxt-vədə.
Zülmətdə qərq olananlar
Ya qorxuymuş, ya hədə.
Hər gizli işin öz səmti,
Elə dərdin də tamı var.
Sevincin qəfildən gələn
Zülmət donlu axşamı var...
Bir quş kimi uçub getdi,
Səsim çatmaz ötən günə.
Uzalı qalıbdı əlim,
İmdadıma çatan günə.
Mən lal-dinməz dayanmışam,
Anlardı salan hay-həşir.
Xatirələr hürkən kimi
Sürüşüb ovcuma düşür.
01.01.2024
SONDA RUHA ÇEVRİLƏSƏN...
Ya gərək üstünə
Allahın kölgəsi düşən
Damın ola,
Ya da əlinə, cibinə
Gös dikməyən
Mələk timsallı adamın ola.
Kimsə getdiyin yerdə
Qəfildən qarşına çıxıb,
Dolaşmaya əl-ayağına.
Yaxşılıq toxumu əkə-əkə
Gedib çatasan dünyanın
Son ucuna, lap qırağına.
Sonra da... həyatla vidalaşıb,
Arın-arxayın
Gedər-gəlməzə köçəsən.
Allahın dərgahında qapılar
Taybatay açıla üzünə,
Ruha çevrilib, qorxusuz-hürküsüz
İçəri keçəsən...
03.01.2024
OTUZ İL
Otuz il yanımdan yel kimi keçdi,
Əymədim qəddimi qərib eldə də.
Sandım dönük bəxtim yol azmış köçdü,
İşartı axtardım soyuq küldə də.
Hərdən yamanlıqla durdum üz-üzə,
Kölgəmi daşlayan çoxmuş heç demə!
Döndüm misra-misra kəlməyə-sözə,
Səsim bürünsə də qüssəyə, qəmə.
Otuz il boylandım Cəbrayıla mən,
Yuxumda dil açdı aranım, dağım.
Xəyalən adladım Xudafərindən,
Böyük Mərcanlıdan gəldi sorağım.
Otuz il səmtini itirdim köçün,
Heç demə içimdə boğulan səsmiş.
Bildim bu günlərə çatmağım üçün
Yurdumun bir udum havası bəsmiş!
Otuz il ələdim dostu, doğmamı,
Bildiyim çox şeyi üzə vurmadım.
Minnətsiz qazandım halal loxmamı,
Minnətli heç nəyə yaxın durmadım...
Düşmənlə savaşda zəfər müjdəli
Ərənlər yolların tisimin qırdı.
Elə bil təzədən Tanrının əli,
Yaralı könlümdə toy-büsat qurdu...
O illər dönməyə geriyə bir də,
Mənim yurd həsrətim lal bir hənirmiş.
Hərdən sızlayanda Mingəçevirdə,
Qəlbim yurd yerimdə tüstülənirmiş...
29.02.2024
KÜLƏK
Üşüyərsən, açıq qoyma yaxanı,
Heç gördünmü üzünə xoş baxanı?
Qışda soyuq qar naxışlı çuxanı,
Yazda əlvan libasını gey, külək!
Göy çəməndə çox ləndiyib qalma ha,
Ağacların yarpaq saçın yolma ha...
Məzlumların daxmasına dolma ha,
Zalımların qamətini əy, külək!
Tapdalama yaxşıların rəddini,
Qoy düzəltsin sevən kəslər qəddini...
Əgər aşsa yamanlıq öz həddini,
Qəzəbindən tir-tir əsər göy, külək!
Vədəsində yolu-izi tərk elə,
Suçun varsa ... günahını dərk elə.
Gecə vaxtsız qonaq kimi ərk ilə,
Gələ bilsən, gəl qapımı döy külək!
03.03.2024
KAŞ, MƏNİM QARŞIMA HEÇ ÇIXMAYAYDIN...
(Uzun illərdən sonra təzədən qarşıma çıxan bir xanıma)
Dönük bəxtə əl açmağım əbəsdi,
Uğursuz bir sevgi boğulmuş səsdi...
Səni görən kimi ürəyim əsdi,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Bəlkə baxışların qəfil tufanmış,
Ötəri istəyin ömrü bir anmış!
Deyim, deməyimmi, ay dili yanmış,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Hara tələsirdin... bəs, niyə təkdin,
Dərə bilmədiyim güldün, çiçəkdin...
Səbrimi təzədən çarmıxa çəkdin,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Yəqin mürgülüdür hələ qismətin,
Çöhrəndə iz salıb həyan, ismətin.
Səni ovundurmaq çətinmiş, çətin
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Nə şirin xəyalsan, nə röya-yuxu,
Daşa dəyibdimi eşqinin oxu?
De, niyə bu qədər gecikdin axı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Bilsən-bilməsən də istəyim laldı,
Hər anım cavabsız sorğu-sualdı.
Getdin... yenə könlüm yaralı qaldı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
06.03.2024
BİR RÜŞVƏTXOR MƏMURA MƏKTUB
Tozanaq qoparır yerişin, ədan
Yaddır xislətinə sənin qeyrət-ar.
Görən heç xəbərin varmı, ay adam,
Rüşvət qoxuludur geydiyin paltar.
Utanan deyilsən bəd əməlindən,
Hap-gopda mahirsən, uzundur dilin.
Yağlı əppək qapır sənin əlindən
Evdə arvad-uşaq, çöldə sevgilin...
Hələ xəbərsizsən qarğışdan, qandan
Sel kimi kükrəyib daşır qazancın.
Özünü yenilməz sanırsan hər an,
Nə ürəktutman var, nə qəfil sancın.
Bircə yol gördünmü bəxtin qışını,
Sənin nəzərində heçdi şərəf-şan.
Gizlədə bilsən də hələ başını,
“Rüşvət zənciri”ndə paslı halqasan...
Vəzifə kürsüsü döyüş səngərin,
Harın baxışların göz qamaşdırır.
Halal bir zəhmətdə yox alın tərin,
Kütlə alqışları səni çaşdırır...
Bəxtin çiçəkləyən tilsim, ya sehir,
Zəmanə qarşında yüyənli bir at.
Sənin qibləgahın vəzifə, möhür,
Gizli örüş yerin qara camaat...
İştahın bülövlü, tamahın diri,
Əzəldən sadiqsən öz xislətinə.
Bir addım çəkilən deyilsən geri,
Tüpürən olsa da sir-sifətinə...
09.03.2024
DARIXSAN GÖZLƏ, GƏLİRƏM
Yaman dəli darıxmagım var mənim,
Hərdən darıxıram görməmiş kimi...
(Şamil Əhmədli)
Dillərdə əzbərdi adın,
Nəğmələrin qol-qanadın.
Bilsəm avazıyır odun,
Bir qalam közlə gələrəm!
Duaçıyam hər işinə,
Tamarzıyam gülüşünə.
Səsləyəndə görüşünə,
Şeirlə, sözlə gələrəm!
Göz dəyməsin ad-sanına,
Heyifin gəlsin canına ...
Alnım açıqdır... yanına,
Əzəlki izlə gələrəm!
Yenilməzdi ucalığın,
Arzuların yığın-yığın.
Üzü yansın qocalığın,
Darıxsan gözlə, gəlirəm!..
09.03.2024
ZƏMANƏ SIZLATDI MƏNİ
(Acıl-şirinlı xatirələr adamı keçmişə, xəyallar
isə sabahkı günlərə aparırmış...)
Əlçatmayan bir dağ idim,
Yaz soraqlı torpaq idim.
Yaşıl üzlü yarpaq idim,
Qəm-qüssə saraltdı məni.
Öldü dərdindən öldüyüm,
Nakam eşqim düyüm-düyüm...
Vəfasızmış dost bildiyim,
Dar günümdə atdı məni.
Üz verməsəm də zalıma,
Kimsə yanmadı halıma...
Bir bədxah çıxıb yoluma,
Ləngidib yubatdı məni.
Aşan deyildim həddimi,
Yadlar tapdadı rəddimi.
Yamanlıq bükdü qəddimi,
Zəmanə sızlatdı məni...
16.03.2024
URVATSIZ OLDU DOĞRU SÖZ
Nə arana səsim çatdı, nə dağa,
Misra-misra damcıladım varağa...
Qoymadılar bir az gedəm qabağa,
Qaldım bir sürüşkən aşrımın üstə.
Ehtiyac çiynimdə qulunca döndü,
Yalan ipəküzlü balınca döndü.
Yamanlıq ovxarlı qılınca döndü,
Bəxtim düyün düşdü qaşımın üstə...
Qismətimmiş bir vaxt məndən vaz keçən,
Gözlərimdən bir çiskinli yaz keçən...
Yanımdan lal-dinməz, soraqsız keçən,
İllər qalaqlandı yaşımın üstə.
Göynətdi dilimi yolu bağlı söz,
Sıçradı qabağa fəndgir, yağlı söz.
Elə ki urvatdan düşdü doğru söz,
Buludlar çaxnaşdı başımın üstə.
17.03.2024
YAŞADIM
Baxan kimi bəxt üzümə qıyqacı,
Bildim yoxdu tənhalığın əlacı.
Xatirələr həm şirinmiş, həm acı,
Hərdən dönüb ötən anda yaşadım.
Qoşa gördüm bəzən sevinclə qəmi,
Həzm elədim həm artığı, həm kəmi.
Haqlı-haqsız daşladılar kölgəmi,
Zülmət donlu bir ünvanda yaşadım.
Bələd oldum sərt üzünə möhnətin,
Halallıqla baş girləmək çox çətin...
Arxasınca sürünmədim şöhrətin,
Təkcə təmiz adda-sanda yaşadım.
Avazımdı vərəqlərdə əkdiyim,
İlk eşqimmiş göz yaşıma bükdüyüm.
Misra-misra şəkilini çəkdiyim
Ay-ulduzlu asimanda yaşadım.
22.03.2024
Mingəçevir şəhəri
Baxış sayı: 3 616
Bölməyə aid digər xəbərlər
Tarix: 26-03-2024 14:48 | Bölmə: Ədəbiyyat

ÖLÜM YOL AYRICIYMIŞ ...
Alın yazısıdır ömrün “sayqacı”,
Nə “açarı” məlum, nə “kod”u bəlli.
Ölümün heç demə yoxmuş əlacı,
Xəyal da, xülya da boş bir təsəlli...
Alın yazısı da yol “xər(i)təsiymiş,
Gəlimli-gedimli hər anı zülmət.
Bəlkə lal harayı ritmi, səsiymiş,
Ya da ağlar qalan min arzu, niyyət.
Hər sətri, qulağa çatmayan avaz,
Kimsə halı deyil “əlifbasından”.
Həm şaxtalı qışdı, həm çiçəkli yaz,
Həm də döyünən qəlb, sızıldayan can!
Ömür asılıymış tək bircə teldən,
Alın yazısının sonu acıymış.
Hardasa qəfildən qəddin dikəldən,
Ölüm axırıncı yol ayrıcıymış...
01.01.2024
XATİRƏLƏR
Nahaq yerə tutdum dilə,
Geri dönməz ta vaxt-vədə.
Zülmətdə qərq olananlar
Ya qorxuymuş, ya hədə.
Hər gizli işin öz səmti,
Elə dərdin də tamı var.
Sevincin qəfildən gələn
Zülmət donlu axşamı var...
Bir quş kimi uçub getdi,
Səsim çatmaz ötən günə.
Uzalı qalıbdı əlim,
İmdadıma çatan günə.
Mən lal-dinməz dayanmışam,
Anlardı salan hay-həşir.
Xatirələr hürkən kimi
Sürüşüb ovcuma düşür.
01.01.2024
SONDA RUHA ÇEVRİLƏSƏN...
Ya gərək üstünə
Allahın kölgəsi düşən
Damın ola,
Ya da əlinə, cibinə
Gös dikməyən
Mələk timsallı adamın ola.
Kimsə getdiyin yerdə
Qəfildən qarşına çıxıb,
Dolaşmaya əl-ayağına.
Yaxşılıq toxumu əkə-əkə
Gedib çatasan dünyanın
Son ucuna, lap qırağına.
Sonra da... həyatla vidalaşıb,
Arın-arxayın
Gedər-gəlməzə köçəsən.
Allahın dərgahında qapılar
Taybatay açıla üzünə,
Ruha çevrilib, qorxusuz-hürküsüz
İçəri keçəsən...
03.01.2024
OTUZ İL
Otuz il yanımdan yel kimi keçdi,
Əymədim qəddimi qərib eldə də.
Sandım dönük bəxtim yol azmış köçdü,
İşartı axtardım soyuq küldə də.
Hərdən yamanlıqla durdum üz-üzə,
Kölgəmi daşlayan çoxmuş heç demə!
Döndüm misra-misra kəlməyə-sözə,
Səsim bürünsə də qüssəyə, qəmə.
Otuz il boylandım Cəbrayıla mən,
Yuxumda dil açdı aranım, dağım.
Xəyalən adladım Xudafərindən,
Böyük Mərcanlıdan gəldi sorağım.
Otuz il səmtini itirdim köçün,
Heç demə içimdə boğulan səsmiş.
Bildim bu günlərə çatmağım üçün
Yurdumun bir udum havası bəsmiş!
Otuz il ələdim dostu, doğmamı,
Bildiyim çox şeyi üzə vurmadım.
Minnətsiz qazandım halal loxmamı,
Minnətli heç nəyə yaxın durmadım...
Düşmənlə savaşda zəfər müjdəli
Ərənlər yolların tisimin qırdı.
Elə bil təzədən Tanrının əli,
Yaralı könlümdə toy-büsat qurdu...
O illər dönməyə geriyə bir də,
Mənim yurd həsrətim lal bir hənirmiş.
Hərdən sızlayanda Mingəçevirdə,
Qəlbim yurd yerimdə tüstülənirmiş...
29.02.2024
KÜLƏK
Üşüyərsən, açıq qoyma yaxanı,
Heç gördünmü üzünə xoş baxanı?
Qışda soyuq qar naxışlı çuxanı,
Yazda əlvan libasını gey, külək!
Göy çəməndə çox ləndiyib qalma ha,
Ağacların yarpaq saçın yolma ha...
Məzlumların daxmasına dolma ha,
Zalımların qamətini əy, külək!
Tapdalama yaxşıların rəddini,
Qoy düzəltsin sevən kəslər qəddini...
Əgər aşsa yamanlıq öz həddini,
Qəzəbindən tir-tir əsər göy, külək!
Vədəsində yolu-izi tərk elə,
Suçun varsa ... günahını dərk elə.
Gecə vaxtsız qonaq kimi ərk ilə,
Gələ bilsən, gəl qapımı döy külək!
03.03.2024
KAŞ, MƏNİM QARŞIMA HEÇ ÇIXMAYAYDIN...
(Uzun illərdən sonra təzədən qarşıma çıxan bir xanıma)
Dönük bəxtə əl açmağım əbəsdi,
Uğursuz bir sevgi boğulmuş səsdi...
Səni görən kimi ürəyim əsdi,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Bəlkə baxışların qəfil tufanmış,
Ötəri istəyin ömrü bir anmış!
Deyim, deməyimmi, ay dili yanmış,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Hara tələsirdin... bəs, niyə təkdin,
Dərə bilmədiyim güldün, çiçəkdin...
Səbrimi təzədən çarmıxa çəkdin,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Yəqin mürgülüdür hələ qismətin,
Çöhrəndə iz salıb həyan, ismətin.
Səni ovundurmaq çətinmiş, çətin
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Nə şirin xəyalsan, nə röya-yuxu,
Daşa dəyibdimi eşqinin oxu?
De, niyə bu qədər gecikdin axı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
Bilsən-bilməsən də istəyim laldı,
Hər anım cavabsız sorğu-sualdı.
Getdin... yenə könlüm yaralı qaldı,
Kaş, mənim qarşıma heç çıxmayaydın!
06.03.2024
BİR RÜŞVƏTXOR MƏMURA MƏKTUB
Tozanaq qoparır yerişin, ədan
Yaddır xislətinə sənin qeyrət-ar.
Görən heç xəbərin varmı, ay adam,
Rüşvət qoxuludur geydiyin paltar.
Utanan deyilsən bəd əməlindən,
Hap-gopda mahirsən, uzundur dilin.
Yağlı əppək qapır sənin əlindən
Evdə arvad-uşaq, çöldə sevgilin...
Hələ xəbərsizsən qarğışdan, qandan
Sel kimi kükrəyib daşır qazancın.
Özünü yenilməz sanırsan hər an,
Nə ürəktutman var, nə qəfil sancın.
Bircə yol gördünmü bəxtin qışını,
Sənin nəzərində heçdi şərəf-şan.
Gizlədə bilsən də hələ başını,
“Rüşvət zənciri”ndə paslı halqasan...
Vəzifə kürsüsü döyüş səngərin,
Harın baxışların göz qamaşdırır.
Halal bir zəhmətdə yox alın tərin,
Kütlə alqışları səni çaşdırır...
Bəxtin çiçəkləyən tilsim, ya sehir,
Zəmanə qarşında yüyənli bir at.
Sənin qibləgahın vəzifə, möhür,
Gizli örüş yerin qara camaat...
İştahın bülövlü, tamahın diri,
Əzəldən sadiqsən öz xislətinə.
Bir addım çəkilən deyilsən geri,
Tüpürən olsa da sir-sifətinə...
09.03.2024
DARIXSAN GÖZLƏ, GƏLİRƏM
Yaman dəli darıxmagım var mənim,
Hərdən darıxıram görməmiş kimi...
(Şamil Əhmədli)
Dillərdə əzbərdi adın,
Nəğmələrin qol-qanadın.
Bilsəm avazıyır odun,
Bir qalam közlə gələrəm!
Duaçıyam hər işinə,
Tamarzıyam gülüşünə.
Səsləyəndə görüşünə,
Şeirlə, sözlə gələrəm!
Göz dəyməsin ad-sanına,
Heyifin gəlsin canına ...
Alnım açıqdır... yanına,
Əzəlki izlə gələrəm!
Yenilməzdi ucalığın,
Arzuların yığın-yığın.
Üzü yansın qocalığın,
Darıxsan gözlə, gəlirəm!..
09.03.2024
ZƏMANƏ SIZLATDI MƏNİ
(Acıl-şirinlı xatirələr adamı keçmişə, xəyallar
isə sabahkı günlərə aparırmış...)
Əlçatmayan bir dağ idim,
Yaz soraqlı torpaq idim.
Yaşıl üzlü yarpaq idim,
Qəm-qüssə saraltdı məni.
Öldü dərdindən öldüyüm,
Nakam eşqim düyüm-düyüm...
Vəfasızmış dost bildiyim,
Dar günümdə atdı məni.
Üz verməsəm də zalıma,
Kimsə yanmadı halıma...
Bir bədxah çıxıb yoluma,
Ləngidib yubatdı məni.
Aşan deyildim həddimi,
Yadlar tapdadı rəddimi.
Yamanlıq bükdü qəddimi,
Zəmanə sızlatdı məni...
16.03.2024
URVATSIZ OLDU DOĞRU SÖZ
Nə arana səsim çatdı, nə dağa,
Misra-misra damcıladım varağa...
Qoymadılar bir az gedəm qabağa,
Qaldım bir sürüşkən aşrımın üstə.
Ehtiyac çiynimdə qulunca döndü,
Yalan ipəküzlü balınca döndü.
Yamanlıq ovxarlı qılınca döndü,
Bəxtim düyün düşdü qaşımın üstə...
Qismətimmiş bir vaxt məndən vaz keçən,
Gözlərimdən bir çiskinli yaz keçən...
Yanımdan lal-dinməz, soraqsız keçən,
İllər qalaqlandı yaşımın üstə.
Göynətdi dilimi yolu bağlı söz,
Sıçradı qabağa fəndgir, yağlı söz.
Elə ki urvatdan düşdü doğru söz,
Buludlar çaxnaşdı başımın üstə.
17.03.2024
YAŞADIM
Baxan kimi bəxt üzümə qıyqacı,
Bildim yoxdu tənhalığın əlacı.
Xatirələr həm şirinmiş, həm acı,
Hərdən dönüb ötən anda yaşadım.
Qoşa gördüm bəzən sevinclə qəmi,
Həzm elədim həm artığı, həm kəmi.
Haqlı-haqsız daşladılar kölgəmi,
Zülmət donlu bir ünvanda yaşadım.
Bələd oldum sərt üzünə möhnətin,
Halallıqla baş girləmək çox çətin...
Arxasınca sürünmədim şöhrətin,
Təkcə təmiz adda-sanda yaşadım.
Avazımdı vərəqlərdə əkdiyim,
İlk eşqimmiş göz yaşıma bükdüyüm.
Misra-misra şəkilini çəkdiyim
Ay-ulduzlu asimanda yaşadım.
22.03.2024
Mingəçevir şəhəri

Baxış sayı: 3 616
Bölməyə aid digər xəbərlər
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan













