18:28 / 16-11-2026
AB təxminən 50 Rusiya bankına sanksiya tətbiq edib
18:24 / 16-11-2026
Merzin şəxsi təyyarə pilot lisenziyası dayandırılıb
18:16 / 16-11-2026
Üç yeniyetmə məktəbli oğlanı döyüb
18:10 / 16-11-2026
Ayı ovçunu yaralayıb
18:04 / 16-11-2026
Terrorçunun cəsədini tibb universitetinə köçürmək qərarına gəlib
18:00 / 16-11-2026
Maduro həbsxanadan Rusiyaya salam göndərdi
17:57 / 16-11-2026
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
17:53 / 16-11-2026
Səfir Viktorov Rusiyanın İsrail həyatının bütün sahələrinə verdiyi töhfəni qeyd etdi
17:50 / 16-11-2026
Gənc qadının qətli ilə bağlı yeni cinayət işi açılıb
17:47 / 16-11-2026
Böyük bir ailəni öldürməyə cəhddə ittiham olunan bir kişi həbs edilib
17:42 / 16-11-2026
Məktəbli oğlan 22-ci mərtəbədən lift şaxtasından yıxılaraq sağ qalıb
12:12 / 16-11-2026
Yeniyetmənin rabitə şkafını yandırması ilə bağlı iş açılıb
12:06 / 16-11-2026
Gürcüstan Aİ Genişlənmə Forumunda iştirak etmək üçün dəvət almayıb
12:02 / 16-11-2026
Avstriya Xarici İşlər Nazirliyi qeyd edib ki, AB özünü Əbu-Dabidə "uşaq masasında" tapıb
11:58 / 16-11-2026
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
11:55 / 16-11-2026
Tayland məhkəməsi ölüm cəzasını ömürlük həbs cəzası ilə əvəz etdi
11:50 / 16-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanla birbaşa dialoqun bərpa olunduğunu elan etdi
11:47 / 16-11-2026
Manyak 15 illik həbsdən sonra qayıtdı
00:13 / 16-11-2026
Serbiya Yuqoslaviyanın Baş Qərargah ərazisindəki "Tramp Qüllələri" layihəsini ləğv etdi
00:09 / 16-11-2026
Viza imtinalarına görə bir türk müğənnisi Belçikada orkestrsiz konsert verdi
00:04 / 16-11-2026
Dağıstanlı təqibçi keçmiş sevgilisinin boğazını kəsib
23:59 / 15-11-2026
Ağ Ev keçmiş Pentaqon strateqinə qarşı cinayət işi başlada bilər
19:33 / 15-11-2026
İranlı rejissor Məcid Məcidi "Brilyant kəpənək" mükafatını tərifləyir
19:30 / 15-11-2026
Polşada ukraynalılara qarşı rekord səviyyədə fiziki təcavüz qeydə alınıb
19:25 / 15-11-2026
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
19:23 / 15-11-2026
Təyyarə qaçırmaqla hədələmə ilə bağlı cinayət işi açılıb
19:20 / 15-11-2026
Ulyanov: "ABŞ nüvə sınaqlarını bərpa edərsə, Rusiya cavab verəcək"
19:17 / 15-11-2026
Macarıstan Baş naziri arxiv qalmaqalına görə parlamentdə üzr istəməyə məcbur edilib
19:13 / 15-11-2026
Yanan evdə iki kişi və bir qadın həlak olub
19:09 / 15-11-2026
Finlandiya sərhədçi təyyarəsi Rusiya dəniz sərhədi yaxınlığında uçub
18:59 / 15-11-2026
Deputat qeyd edib ki, “Aydar” və “Azov” Ukraynada xüsusi mövqedədir
18:54 / 15-11-2026
Kamikadze pilotsuz təyyarələr düşüb, 4 nəfər yaralanıb
18:50 / 15-11-2026
Zəlzələ baş verib
18:46 / 15-11-2026
Tramp Baydeni ABŞ aviasiya tənzimləyicisi ilə bağlı problemlərə görə günahlandırıb
18:29 / 15-11-2026
ABŞ-da onlar Nvidia qalmaqalına görə nazirin istefasını tələb ediblər
18:24 / 15-11-2026
Yaşayış binasını vuran PUA işə düşmədi
18:20 / 15-11-2026
Politoloq Makronun hansı karyera inkişafı haqqında düşündüyünü açıqlayıb
18:08 / 15-11-2026
"Mən bir az utancaqam": Lerçek sosial şəbəkələrdə pariksiz necə göründüyünü göstərdi
VİDA SÖZÜ: MÖVLUD SÜLEYMANLI UNUDULMAZ SƏNƏTKARDI-İSMAYIL MƏRCANLI İMANZADƏ
Tarix: 22-02-2024 22:57 | Bölmə: Ədəbiyyat

Bu gün dünyasını dəyişən görkəmli nasir, xalq yazıçısı Mövlud Süleymanlı ilə ilk dəfə bizim Cəbrayıl rayonunda tanış olmuş, düz bir ay ərzində dəfələrlə duz-çörək kəsmiş, irili-xırdalı kəndlərimizi gəzib dolaşmışıq. Yaxşı yadımdadır, 1991-ci ildə o vaxtkı respublika ali sovetinə deputat seçkiləri keçirilərkən görkəmli alim Kamil Vəli Nərimanoğlunun da (Allah rəhmət eləsin!) namizədliyi qeydiyyatdan keçmişdi. Tanınmış simalardan olan Mövlud Süleymanlı, Mikayıl Mirzə, Almurad Əliyev (rəhmətlik Əbülfəz Elçibəyin qardaşı, Allah rəhmət eləsin!), Mövlud Süleymanlı, Teatr və Mədəniyyət İnstitunun rayonumuzdan olan bir qadın alimi (Heyif ki adına xatırlamaqda çətinlik çəkirəm) ilə yanaşı mən və Əlisahib İsrafilzadə də onun vəkilləri idik. Seçki qərərgahı Kamil müəllimin atası, tanınmış tarzən Nəriman Vəliyevin Cəbrayıl şəhərindəki evində olduğundan, demək olar ki hər gün saat on radələrində orada bir araya gəlir, sonra isə qrafik əsasında müəyyən edilmiş yaşayış məntəqələrində seçicilərlə görüşür, Kamil müəllimin təbliğat kompaniyasında iştirak edirdik. Yuxarıda adlarını çəkdiyim vəkillərin bir qismi xidməti işləri ilə arabir bir neçə günlüyə Bakıya gedib, geri dönsələr də, yalnız Mövlud müəllim seçki keçirilən günün sabahısı Bakıya qayıtmışdı...
Kamil müəllim seçkini uduzanda (daha doğrusu uduzdurulanda!) hamımız məyus olmuş, Mövlüd müəllimin qarayanız çöhrəsi bir az da qaralmışdı. Həmin bir ay ərzində çox vaxt Nəriman müəllimin halal süfrəsinin ətrafında birlikdə olmuş, demək olar ki rayonumuzun əksər kəndlərində, o cümlədən bizim Böyük Mərcanlı kəndində,-(tanınmış jurnalist Musa İsmayılovun atası Fehruz müəllimin evində bir gecə qonaqlıqda olmuşduq.
O vaxtlara qədər bir oxucu kimi Mövlud Süleymanlının nəşr olunan əsərlərinin hamısını, o cümlədən bir zamanlar “yuxarıdakıların” tapşırığı ilə topla-tüfənglə qarşılanan “Dəyirman” povestini oxumuşdum. Mən bir ay ərzində Mövlud müəllimin iç aləminə yaxşı bələd oldum, Həmin vaxta kimi “Gənclik” və “Yazıçı” nəşriyyatlarında tematik plana əsasən üç kitabım nəşr edildiyindən, qəzet-jurnallardaisə tez-tez şeirlərim dərc olunduğundan o, ədəbi yaradıcılığımdan halı idi və mənə istedadlı qələm sahibikimi dəyər verirdi...
Rayonumuzu və dünyaya göz açdığım Böyük Mərcanlı kəndini tarixi düşmənlərimiz ələ keçirəndən sonra 1993-cü il oktyabr ayının 24-də gecəsiyarısıFüzuli rayonunun Əhmədallar kəndinin üst tərəfindən iranlı soydaşlarımızın matorlu qayığı ilə Araz çayını keçərək Parsabada, oradan da Biləsuvar ərazisində salınmış qaçqın düşərgəsinə gəldim. Cəmisi üç gün düşərgədə qalıb, bir yük maşını ilə Mingəçevirə üz tutdum. (O vaxtkı ayin-başla və boş ciblə Bakıya getməyə üzüm gəlmədi!..)
Həmin il dekabr ayının 18-də ADPU-nun dördüncü kursunda oxuyan qızımın yaşayış yeri ilə bağlı Bakıya gedəndə, o vaxtlar AzTV sədrinin radio verilişləri üzrə müavini vəzifəsində işləyən Mövlud müəllimlə də görüşdüm. Mənə xeyli təsəlli verəndən sonra, bir vərəq ağ kağızı qarşıma qoyub dedi: “Mənim adıma ərizə yaz, səni radioya əməkdaş qismində işə götürəcəyəm. Ərizəni yazıb, saal dolu nəzərlərlə üzünə baxdım. Yenidən ilıq sözlərlə könlümü almağa çalışdı: “Bildiyimə görə, Mingəçevirdə bir həsr, bir də Məmmədnəsirsən. Təcili olaraq get, nəyin varsa qoltuğuna vurub geri qayıt, sənin kimi istedadlı söz adamının yeri əyalət yox, Bakıdır! Bunu deyəndən sonra yazdığım ərizəyə dərkənar qoyub, işə qəbul olunmaq barədə əmriimzalad. Sonra isə kiməsə zəng edib, mənim yataqxanada qalmaq məsələmi də həll etdi. Məlum oldu ki, Mərdəkandakı “Günəşli” sanatoriyasından mənə bir otaq alıb. Razılıq edib ondan ayrıldım və ertəsi gün Mingəçevirə qayıtdım.
Yeri gəlmişkən, artıq Mingəçevirdə çap olunan “Səda” qəzetində şöbə müdiri işlədiyimdən, təzədən Bakıya köçməkdə tərəddüd edirdim və beləliklə Mövlud Süleymanlınınyazıb imzaladığı əmrə rəğmən paytaxta getməməyi qət elədim. Aradan bir ay keçəndən sonra yanvar semestri ərəfəsində yenidən qızıma baş çəkmək üçün Bakıya yollandım və Mövlud müəllimin kabinetində onunla görüşdüm. Üzümə baxıb, təəssüf hissiylə dedi: “İsmayıl müəllim, görünür göbəyin kəsiləndə, bəxtinə ömrünboyu əyalətdə yaşamaq düşübmüş. Yəqin elə buna görə də heç qaçqınlıq küləyi də səni Bakıya dartıbgətirə bilmədi! Eybi yoxdur, özündən muğayat ol, Mingəçevir yurdumuzun bir parçasıdır, bundan belə hansı problemlərlə üzləşsən, utanıb-çəkinmədən şəxsən mənə deyərsən!
Həmin o ağrı-acılı günlərdən sonra Mövlud müəllimlə cəmisi üç dəfə, sonuncu dəfə isə 2021-ci il sentyabrayının 30-da Şuşada,-Vaqif Poeziya Günlərinin iştirakçısı olarkən görüşdüm. Allah rəhmət eləsin, Mövlud Süleymanlı çox mahir söz ustadı, yanımcıl-xeyirxah insan kimi zaman-zaman ürəklərdə yaşamağa qadir yazıçıdır!
P.S. Unudulmaz həmkarımın vəfatından təəssüf hissi keçirir, həm öz adımdan, həm də AYB Mingəçevir bölməsində təmsil olunan yazarlarımızın adından mərhum yazıçımızın ailə üzvlərinə, dost-tanışlarına dərinhüznlə başsağlığı verirəm. Ruhu şad, məkanı cənnət olsun!
İSMAYIL MƏRCANLI İMANZADƏ
Mingəçevir şəhəri, 21.02.2024, saat 23-31
Baxış sayı: 3 486
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib