Bütün xəbərlər
Ukraynada 4 azərbaycanlı quldurluq yolu ilə 55 min dollar oğurlayıb
Tarix: 05-09-2018 01:42 | Bölmə: Dünya

                          

Ukraynanın Xarkov vilayətinin İzümski Şəhər Məhkəməsi düz yolun ortasında quldurcasına basqın təşkil edən bir Ukrayna və dörd Azərbaycan vətəndaşı barəsində həbs qərarı çıxarıb.
“Report” xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğu məlumat yayıb.
Hadisə iyunun 9-da İzümski rayonunun Oskol kəndi yaxınlığında baş verib. Qarətçilər "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, "Şkoda" ilə süni qəza törədiblər. "Şkoda"nın sürücüsü maşından çıxanda isə bir neçə maskalı kişi hücum edərək onu döyüb. Sürücü huşunu itirdikdən sonra isə onlar maşından 55 min dollar götürüblər.
Maskalılar daha sonra öz maşınlarını meşəlik əraziyə apararaq yandırıblar.
Faktla bağlı "zorakılıqla müşahidə olunan quldurluq" maddəsi üzrə cinayət işi davam edir. İndi hadisəni törədən şəxsləri əmlakları müsadirə olunmaq şərti ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.


Baxış sayı: 624


Bölməyə aid digər xəbərlər