Bütün xəbərlər
Müdafiə naziri Bleyer: "Kanada Ukraynada PUA istehsalı üçün Kiyevə 2 milyon dollardan çox vəsait ayıracaq"
Tarix: 26-04-2024 21:52 | Bölmə: Dünya

Kanada öz ərazisində dronların istehsalı üçün Ukraynaya təxminən 2,1 milyon dollar ayıracaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin rəhbəri Bill Bleyr X sosial şəbəkəsindəki səhifəsində bildirib.
O qeyd edib ki, Ottava ilk dəfədir ki, Ukraynada dron istehsalına birbaşa töhfə verir.
Bundan əvvəl “The Economist” nəşri yazıb ki, Ukrayna Sibirə çata bilən üç min kilometr uçuş məsafəsi olan PUA-nın yaradılmasına yüz milyonlarla dollar sərmayə qoyub.




Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər