Bütün xəbərlər
“Mənim xanımım hara gedəcəyini bilən qadındır” - İmamoğlu
Tarix: 15-01-2020 14:40 | Bölmə: Dünya

                 “Mənim xanımım hara gedəcəyini bilən qadındır”

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) rəhbəri Əkrəm İmamoğlu Fransada öldürülən Kürd Fəhlə Partiyasının yaradıcılarından biri Səkinə Cansızın “Hep kavgaydı yaşamım” adlı kitabının qurumun nəzdində fəaliyyət göstərən İstanbul Kitabçısı tərəfindən satışa çıxarılmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, İmamoğlu jurnalistlərə açıqlamasında kitabın Türkiyə ərazisində hər yerdə satıldığını bildirib.
“Bu şəkildə aparılan müzakirələr bizi incidir. Kitab mövzusu illər öncə də başqa formada tənqidlərə səbəb olmuşdu. Cənab Dəmirtaşa (Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədri- red.) aid kitab hər yerdə satılır. Dövlətin qurumları da buna daxildir. Poçt və Teleqraf Təşkilatının (PTT), Türkiyə Böyük Millət Məclisinin (TBMM) saytında var, girib baxın.


Baxış sayı: 467


Bölməyə aid digər xəbərlər