Bütün xəbərlər
“Trampın impiçmenti ölkə üçün kədərli hadisədir”
Tarix: 22-12-2019 19:44 | Bölmə: Dünya

                    “Trampın impiçmenti ölkə üçün kədərli hadisədir”

Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti, 2020-ci il prezident seçkilərinin namizədi Co Bayden amerikalı lider Donald Trampın impiçmentini ölkə üçün “kədərli hadisə” adlandırıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” xəbər verib.
Onun sözlərinə görə, ölkə prezidentinin impiçmenti bayram üçün bəhanə deyil.


“Məni səhv başa düşməyin, mən Donald Trampın impiçmentə məruz qalmasını ədalətsizlik saymıram... Amma mən bunun bayram edilməsi ideyasını kontrproduktiv hesab edirəm”, - Bayden qeyd edib.    
Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi.  Bu səbəbdən də Nümayəndələr Palatası 24 sentyabrda ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.
Dekabrın 19-da ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Bununla da Tramp ABŞ tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident olub.
İndi Amerika qanunlarına görə Senatda dinləmələr, sonra isə impiçment məsələsinə dair səsvermə keçirilməlidir. Məhkəmənin 2020-ci ilin əvvəlində baş tutacağı gözlənilir.


Baxış sayı: 552


Bölməyə aid digər xəbərlər