23:17 / 01-05-2024
Kolumbiya İsraillə diplomatik əlaqələri kəsəcək
23:10 / 01-05-2024
Ukraynada yalnız rus dilini üç məktəbdə tədris olunur
23:04 / 01-05-2024
Yekaterina Mizulinanı gənə dişlədi, lakin kömək vaxtında gəldi
22:49 / 01-05-2024
"İndependent": Dortmund Kloppu geri qaytarmağı planlaşdırır
22:39 / 01-05-2024
Kursk bölgəsi Ukraynadan bir sıra hücumlara məruz qalıb
22:35 / 01-05-2024
Gələn həftə Moskva vilayətinə qar yağa bilər
22:30 / 01-05-2024
Rusiyanın Daimi Nümayəndəliyi dezinformasiyanın AB-yə yönəldilməsinə diqqət çəkib
21:42 / 01-05-2024
SBU cəbhə bölgəsində silah satışı ilə məşğul olan dəstəni saxlayıb
21:38 / 01-05-2024
Parisdə etirazçılar Olimpiya halqalarını yandırıblar
21:34 / 01-05-2024
Parisdə əldəqayırma bombanın partlaması nəticəsində 7 polis həlak olub
21:30 / 01-05-2024
Portuqaliyada bir kişi 17 il köləlikdə saxlanılıb
21:24 / 01-05-2024
“Spartak” “Dinamo”nu məğlub edərək Rusiya kubokunun “Regionlar yolu”nun ilk finalçısı oldu
21:19 / 01-05-2024
Slutskinin rəhbərlik etdiyi "Şanxay" Çindəki məğlubiyyətsizlik seriyasını 9 matça çatdırıb
21:08 / 01-05-2024
Rusiya yazıçılarının kitablarının 170-dən çox nadir nəşri Avropa kitabxanalarından yoxa çıxıb
21:02 / 01-05-2024
Bloger Diana Şurıgina Moskvada saxlanılaraq sərbəst buraxılıb
20:58 / 01-05-2024
Gürcüstanın baş naziri: "Biz narahatlığa baxmayaraq, xarici agentlər haqqında qanunu qəbul edəcəyik"
12:25 / 01-05-2024
Almaniyada solçu radikallar "Rheinmetall" konserni rəhbərinin bağ evini yandırıblar
12:13 / 01-05-2024
Kömür daşıyan 3 vaqon relsdən çıxıb
12:06 / 01-05-2024
Əcnəbilər miqrasiya siyasətini pozduqlarına görə DXR-ə deportasiya ediliblər
11:52 / 01-05-2024
ABŞ Ədliyyə Departamenti: Nyu-York sakini Rusiya Federasiyasına qeyri-qanuni olaraq texnologiya ixrac etməkdə təqsirli bilinib
11:45 / 01-05-2024
"Bavariya"nın baş məşqçisi Tuxel: "Real Madrid"in yalnız iki şansı olub və hər ikisindən yararlanıb"
11:40 / 01-05-2024
Yaponiya atom elektrik stansiyasının turbin otağında yanğın baş verib
22:12 / 30-04-2024
XTQ HEYƏTİNİN YARANMASININ 25 İLİ TAMAM OLUR
21:37 / 30-04-2024
Qazaxıstanda rəqəmsal inkişaf naziri vəzifəsindən azad edilib
21:33 / 30-04-2024
Məhkəmə Trampı məhkəməyə hörmətsizlik və sosial şəbəkələrdəki paylaşımlarına görə cərimələyib
21:27 / 30-04-2024
Pentaqon rəhbəri Ukraynanı Krıma zərbələri genişləndirməyə çağırıb
21:21 / 30-04-2024
ESPN: "Mançester Yunayted" Reşfordu 70 milyon avroya satmağa hazırdır
18:51 / 30-04-2024
Belarus Müdafiə Nazirliyi: Moskva Minskdən Şimal Hərbi Dairəsində iştirakını tələb etməyib
18:40 / 30-04-2024
Polşa əsgərləri Belarus sərhədi yaxınlığında yaralanıb
14:59 / 30-04-2024
Lukaşenko Belarusda ikinci atom elektrik stansiyası tikmək barədə düşünür
14:52 / 30-04-2024
Taikonavtlar orbital stansiyada altı aylıq missiyanı başa vurdular
14:47 / 30-04-2024
Nijni Novqorod Dumasının sədri mənimsəmə ittihamı ilə həbs edilib
14:02 / 30-04-2024
Londonda samuray qılıncı olan şəxs polisi və yoldan keçənləri yaralayıb
13:58 / 30-04-2024
Cinayətkarlarla atışma zamanı 4 ABŞ polisi həlak olub
13:53 / 30-04-2024
Altı ay ərzində 398 keçmiş əcnəbi Rusiya vətəndaşlığından məhrum edilib
13:48 / 30-04-2024
May ayında Hərbi Dəniz Qüvvələrinin iki gəmisi suya salınacaq
13:45 / 30-04-2024
Rusiya Xarici İşlər Nazirliyi: Ağ Evin İsrailin hərəkətləri ilə bağlı BCM-nin təhqiqatı ilə bağlı açıqlamaları absurddur
13:20 / 30-04-2024
RİA Novosti: Timur İvanov italyan yarış motosikletini atasına təhvil verib
“Təzəpir” məscidinin altındakı “XƏZİNƏ”
Tarix: 04-08-2019 19:30 | Bölmə: Manşet
Şeyxülislamlıq Muzeyi nəyi təqdim edəcək?
Hər bir dövlətin ictimai-siyasi tarixini öyrənmək üçün muzeylərin xüsusi əhəmiyyəti var. Maddi-mədəni nümunələr, tarixin süzgəcindən keçmiş eksponatlar, qədim kitabələr vətəndaşlara mənsub olduğu ölkənin tarixi barədə aydın təsəvvür yaradır. Bununla yanaşı, bu müzeylər həm də dünya arxivlərində yer almış sənədlərin toplanması üçün vacib məkanlardandır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tarixi bu baxımdan Azərbyacan dövlətinin mühüm səhifələrindən biridir. Dini mərkəz olaraq QMİ son 150 ildə özünün ibrətli tarixi ilə azərbaycanlı müsəlmanların avanqardı olaraq çıxış edib və tarixin müxtəlif çağlarında cəsarətli maarifçi fikirlərin təbliğində iştirak edib.
Bu ilin may ayında QMİ-nin müqəddəs Ramazanla bağlı verdiyi iftar süfrəsində Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislamlıq Muzeyinin yaradılmasının vacibliyini vurğulayıb. Dövlət başçısının fikrincə, belə bir muzey mərkəz kimi fəaliyyət göstərərək, ölkədə yürüdülən multkultural siyasəti insanlara əyani nümayiş etdirə biləcək.
Şeyxülislam Allahşükür Paşazadə “Real” TV-yə müsahibəsində dövlət başçısının bu təklifini yüksək dəyərləndirib. QMİ sədri bildirib ki, burada söhbət Allahşükür Paşazadədən yox, Şeyxülislamlıqdan gedir:
“Məndən əvvəlki şeyxülislamların həyatını, fəaliyyətini, din tariximizi xalqa çatdırmaq baxımından vacib təklifdir. Onlar bu gün dünyada yoxdurlar, amma bu din xadimləri azərbaycançılıq üçün böyük işlər görüblər.
Mənim özümün 17 dövlətdən orden və mükafatlarım var. Bütün bunlar mənim deyil, xalqındır. Bu mükafatlar Azərbaycandakı tolerantlığa, dinlərarası dialoqa, dövlətin mənim üçün yaratdığı şəraitə verilən qiymətdir. Bu mükafatların hamsını həmin açılacaq muzeydə öz yerini tutmalıdır. Mənə verilən hədiyyələr var. Onları özümdə saxlayıram. Məsələn, Səudiyyə kralının hədiyyə olaraq verdiyi Kəbə qapısının örtüyünün qiyməti yoxdur. Muzeyin açılışını gözləyirəm, bütün hədiyyələri ora verəcəyəm”.
Şeyx müzeyin İçərişəhərdə açılmasını təklif edib.
Çox maraqlı ideya olan bu təklif bir sıra amillərə görə mühümdür.
Azərbaycanda din və dini fəaliyyətin tarixi çox keşməkeşli olub. Xüsüsən ateist sovet ideologiyasının hökm sürdüyü zamanda repressiyalara məruz qalmış ruhani elitasının acı taleyi öz izini müsəlman icmasında da saxlayıb.
Son 200 ilin müxtəlif ideoloji quruluşlarında yaşayan ölkəmizin müsəlman cameəsi inancını və dinin sabitqədəmliyini məhz nüfuzlu din xadimlərinin sayəsində qoruya bilib. Böyük əzablar bahasına olsa da, islam dini bu illərdə Azərbaycan xalqının formalaşması üçün mühüm amillərdən biri kimi çıxış edib və xalqın öz milli köklərini saxlamasında müstəsna rol oynayıb. Bütün bu tarixin indiki nəslə təqdim edilməsi yaxşı olardı.
Yaradılacaq müzeydə Azərbaycanın bütün şeyxülislamlarının, nüfuzlu ruhanilərinin, sovetlərin repressiya illərində cəzalandırılmış din xadimlərinin fəaliyyəti əks oluna, ölkəmizin dini həyatı, onun tarixi təqdim edilə bilər. Xarici ölkələrdə, şəxsi kolleksiyalarda saxlanılan müxtəlif dini atributlar, əşyalar Muzey üçün gərəkli vəsaitdir.
Fikrimizcə, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan kitabxana belə bir muzeyin yaradılması üçün əsas ola bilər. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə əsaslı təmir olunan "Təzəpir" məscidində müasir tələblərə cavab verən kitabxana təşkil edilib.
Bu kitabxanada qədim və qiymətli kitablarından ibarət bir “xəzinə” yerləşir. Təzəpir məscidində fəaliyyət göstərən kitabxana xarici ölkələrdən rəsmi səfərlərə gələn qonaqların da ziyarət etdiyi əsas məkanlardan biridir.
Kitabxana "Qurani Kərim"in qədim əlyazmaları, təfsir, hədis, elmi-dini, astronomiya, tarix, coğrafiya sahələrini əhatə edən kitablarla zəngindir. Mərkəzin qədim kitablardan ibarət zəngin irsi Azərbaycanın din tarixinin öyrənilməsi üçün samballı töhfədir.
Kitabxananı gəzdikcə, şkaflarda saxlanılan nadir əlyazma və kitabları vərəqlədikcə, saralmış səhifələrdən böyük bir tarix boylanır.
Burada əsasən XVII əsrin sonu XVIII əsrin əvvəllərinə dair çox qiymətli əlyazmalar saxlanılır. Ən qədim kitabın 500 yaşı var və Şah İsmayıl Xətainin dövründə tərtib olunub. Üzlüyü dana dərisindən olan kitablar dövrünün xəttatları tərəfindən nəfis xətlə işlənib. Hər xəttatın kitaba vurduğu möhür sayəsində onun kim tərəfindən və nə vaxt yazıldığını müəyyən etmək olur. Kitablar xüsusi temperaturda saxlanılır. Mərkəzdə dünyanın heç bir kitabxanasında mövcud olmayan və ya cəmi iki-üç nüsxəsindən biri olan kitablar da var.
Burada həmçinin "Qurani Kərim" və digər elm sahələrinə aid çoxlu əlyazmalar var. Kitabxana fondunda daşbasma, qurğuşuntökmə üsulu ilə çap olunmuş və əlyazma şəklində olan 7300 qədim kitab mühafizə olunur. Daşbasma üsulu ilə çap olunan kitabların yaşı 150-200 ildir.
Şeyxülislam Allahşükür Paşazadənin öz şəxsi əlaqələri hesabına əldə etdiyi, ona verilmiş hədiyyələr bu kitabxanaya verilib. Hazırda mərkəzdə Azərbaycan, türk, ərəb, fars, ingilis və başqa dillərdə çap olunmuş 10 min nüsxə kitab saxlanılır.
Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Tiflisdə saxlanılan arxivi də Şeyxülislamlıq Muzeyi üçün zəngin baza sayıla bilər. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin 1823-ildən 1918-ci ilə qədərki böyük arxivi Gürcüstanın paytaxtı Tiflisdədir.
Azərbyacan Cumhuriyyəti dövründə - 1918-ci ilin dekabrında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Tiflisdən Bakıya köçürülsə də, özünün arxiv və kitabxanasını gətirməyə imkan tapmayıb. Sovet Rusiyası tərəfindən 1920-ci ildə Azərbaycan işğal edilib və QMİ-nin fəaliyyəti qadağan olunub. Çox sayda dini ədəbiyyat kütləvi şəkildə məhv edilib. Yalnız 1944-cü ildə SSRİ-nin siyasi səbəblər üzündən fəaliyyətinə icazə verdiyi Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi 1980-ci ilə qədər öz kitabxanasını yarada bilməyib. Şeyxülislam Allahşükür Paşazadə QMİ sədri seçildikdən sonra bu istiqamətdə işlər görülməyə başlayıb. İdarə bütün manelərə baxmayaraq, kitabxana işinin təşkili üçün səy göstərib.
SSRİ dövründə "Qurani-Kərim"i aşkar şəkildə saxlamaq qadağan olunsa da, rəhbərlik müqəddəs kitabların toplanması istiqamətində gizli fəaliyyət göstərərək, Qafqazda ayrı-ayrı şəxslərdə, ailələrdəki dini kitabları toplamağa başlayıb. Şeyxülislam A. Paşazadənin kitabların toplanmasında böyük əməyi olub.
Bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin 1823-1918-ci illəri əhatə edən arxivinin Azərbaycana gətirilməsi ilə bağlı iş aparılır. Artıq 15 min səhifəyə qədər arxiv sənədi Bakıya gətirilib. Ancaq sənədlərin hamısının əslinin gətirilməsi çox çətindir. Lakin bu istiqamətdə də işlər görülür. QMİ-nin əməkdaşları vaxtaşırı Tiflisə - Gürcüstan Mərkəzi Dövlət Arxivinə ezam olunur. Bu məsələdə Şeyxülislamın şəxsi münasibətləri də mühüm rol oynayır. Sənədlərin gətrilməsi işi uğurla davam etdirilir.
Kitabxanaya gətirilən bir sıra kitablar köhnəlmiş vəziyyətdə olduğundan bərpa edilir. Xüsusi təcrübəsi olan əməkdaşlar ən qədim kitablara yeni həyat verirlər. Restavrasiya olunacaq kitablar kompüterlərə köçürülür, səhifələnir və daha sonra bərpa olunur. Bərpaçılar deyir ki, sovetlər dövründə insanlar dini kitabları, "Qurani Kərim"i təqibdən xilas etmək üçün həmin kitabları ya torpağa basdırıb, ya da müxtəlif yerlərdə gizlədərək saxlayıblar. Ona görə də bir çox kitablar pis vəziyyətə düşüb. Odur ki, bəzi kitabların bərpası 1 il, bəzilərinki 5-6 ay davam edir.
Qeyd edək ki, 1823-cü ildən bu günə kimi Qafqazda12 Şeyxülislam və 11 müfti olub.
Şeyxülislamlıq Muzeyi yaradılsa, Azərbaycanın din tarixi və dinin cəmiyyət həyatındakı rolu müfəssəl şəkildə təqdim etmək imkanı yaranacaq. Ölkəmizin vətəndaşlarına və xarici qonaqlara Azərbaycanın din sahəsindəki böyük şəxsiyyətlərinin, üləmalarının, maarifçilərinin həyatını, fəaliyyətini nümayişi etdirmək dövlət və din münasibətlərinin və əməkdaşlığının gözəl nümunəsi sayılacaq.
Modern.az
Baxış sayı: 327
Bölməyə aid digər xəbərlər

Dünən, 11:45
"Bavariya"nın baş məşqçisi Tuxel: "Real Madrid"in yalnız iki şansı olub və hər ikisindən yararlanıb"
29-04-2024, 16:03
Hakim partiyanın Gürcüstan parlamenti yaxınlığında keçirəcəyi mitinqlə bağlı hazırlıqlar sakit davam edir
28-04-2024, 21:56
"Monde": Fransa hələ də İsrailə silah verməkdən imtina etməyib
28-04-2024, 20:30
Xarici işlər naziri Katz ümid edir ki, BCM İsrail rəsmilərinin həbsinə order verməyəcək
27-04-2024, 23:59
Cüdoçularımız tarix yazdılar
27-04-2024, 23:49
" Halk TV": Türkiyədə polis bölməsinə atışma nəticəsində iki polis ölüb, 8-i yaralanıb
27-04-2024, 21:39
Cüdoçu Tasoev Avropa çempionatında qızıl medal qazanıb
27-04-2024, 21:36
"Mançester Yunayted" "Bernli" ilə qarşılaşmada qələbəni əldən verib
27-04-2024, 12:22
İtaliyanın sabiq baş məşqçisi Konte "Napoli"yə başçılıq etməyə razılaşıb
26-04-2024, 21:56
Ostin: "ABŞ Amerika şirkətlərindən Ukrayna üçün 6 milyard dollar dəyərində yeni silahlar sifariş edəcək"
25-04-2024, 23:33
NYT: ABŞ Kiyevin Krımı ATACMS ilə vura biləcəyini etiraf etdi
25-04-2024, 23:28
ABŞ Rusiya Federasiyasına hərbi tədarükün asanlaşdırılmasına görə Çin banklarına qarşı sanksiyalar tətbiq etməyə hazırdır
25-04-2024, 22:41
Peskov: "Rusiya Federasiyasının hökuməti və biznesi arasında dialoq davam edəcək, may-iyun üçün iş planları var"
25-04-2024, 22:35
Kreml: Putin aprelin 26-da Sankt-Peterburqda Qanunvericilər Şurasında çıxış edəcək
25-04-2024, 20:39
Rusiya diplomatlarının "Mauthauzen" həbs düşərgəsində anım mərasimində iştirakdan imtina edilib
25-04-2024, 20:33
Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını bildirib
25-04-2024, 20:07
Patruşev: "Qeyri-qanuni miqrasiya terror təhlükələri ilə sıx bağlıdır"
24-04-2024, 22:20
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
24-04-2024, 21:45
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
23-04-2024, 21:30
Baydenin helikopteri qazonda otların yanması səbəbindən ehtiyat vəziyyətinə gətirilib
23-04-2024, 21:07
Zelenskinin ofisi üçüncü dünya müharibəsinin başladığını elan etdi
22-04-2024, 23:55
Bayden Zelenski ilə yeni müdafiə yardım paketləri haqqında danışıb
22-04-2024, 16:44
De Yonq "Real Madrid"lə oyunda zədələnib və Avro-2024-ü buraxa bilər
22-04-2024, 08:28
"Real Madrid" "El Klasiko"da "Barselona"dan qələbə qazanıb
21-04-2024, 23:06
Ukrayna prezidentinin ofisi hesab edir ki, İlon Maskda məntiq yoxdur
21-04-2024, 22:40
Litvada NATO müttəfiqlərinin iştirakı ilə hərbi təlimlər başlayıb
21-04-2024, 18:09
Pentaqon: ABŞ bir neçə gün ərzində Ukrayna Silahlı Qüvvələrini Almaniyadan sursatla təmin edə biləcək
20-04-2024, 18:48
ABŞ Konqresi Ukraynaya və Rusiyanın aktivlərinə yardım üçün qanun layihələrini nəzərdən keçirməyə başlayıb
20-04-2024, 18:39
Serbiya Parlamenti: Srebrenitsa soyqırımı ilə bağlı qətnamə BMT səlahiyyətlərini təhdid edir
20-04-2024, 15:56
Qaribaşvili: "Gürcüstan Aİ-yə qəbul olunarsa, xarici agentlər haqqında qanuna yenidən baxılacaq"
19-04-2024, 23:05
WP: Ukrayna Silahlı Qüvvələri anlayır ki, səfərbərlik mərmi aclığı fonunda heç nəyi dəyişməyəcək
19-04-2024, 22:38
NATO-nun baş katibi Ukraynanın Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələrini qanuni hesab edir
19-04-2024, 08:15
Robert Vud: "Fələstin BMT-nin tamhüquqlu üzvü ola bilməz"
18-04-2024, 22:52
Makron: "Ukrayna üçün İsraillə eyni hava hücumundan müdafiə sistemi qurmaq mümkün deyil"
18-04-2024, 15:29
Peskov: "Oçeretnının Fransadakı villasının həbsi qanunsuzdur"
16-04-2024, 23:27
Bayden Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girməsinə qoyulan qadağanı uzadıb
16-04-2024, 22:41
"Bloomberg": Makron Putini sürprizlə tutmağa çalışmaqdan əsəbiləşib
16-04-2024, 16:54
Olaf Şolts Si Cinpindən Rusiyaya təsir göstərməsini istəyib
16-04-2024, 16:30
FA: Ukrayna İstanbul razılaşmalarından əvvəl ABŞ-la məsləhətləşmədi
14-04-2024, 14:39
Rusiyanın "Qasırğası" Ukrayna Silahlı Qüvvələrini birbaşa zərbə ilə Amerika haubitsasından məhrum etdi
13-04-2024, 22:33
Deputat Şeremet: "Ukrayna ABŞ-ın icazəsi ilə Zaporojye atom elektrik stansiyasına hücum edir"
13-04-2024, 21:09
Lavrov Əmirabdullahianla söhbətində İsrailin İranın Suriyadakı konsulluğuna zərbəsini pisləyib
13-04-2024, 20:47
"The Hill": ABŞ Konqresi tezliklə Kiyevə yardım variantlarını nəzərdən keçirməyə başlaya bilər
13-04-2024, 20:27
Volk: "Moskva polisi qırğız diplomatın həyat yoldaşının şikayətindən sonra araşdırmaya başlayıb"