Bütün xəbərlər
Kolumbiya İsraillə diplomatik əlaqələri kəsəcək
Tarix: 01-05-2024 23:17 | Bölmə: Dünya

Kolumbiyanın rəhbəri Qustavo Petro İsraillə diplomatik münasibətləri kəsməyə hazırlaşdığını bildirib, RİA Novosti xəbər verir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Petronun, Boqotada 1 May nümayişi zamanı dediyinə görə, İsraili soyqırımlı prezident və hökumət idarə edir, ona görə də Kolumbiya mayın 2-də onunla əlaqələri kəsəcək.
"Bir söz yaşamaq, üsyan etmək, bayraq qaldırmaq, müqavimət göstərmək ehtiyacını əsaslandırır. Bu, "Qəzza" sözüdür, "Fələstin" sözüdür".
Kolumbiya lideri dəfələrlə İsrailin Qəzza zolağındakı hərəkətlərinə qarşı çıxış edib və onları yerli sakinlərə qarşı soyqırım adlandırıb. Eyni zamanda Petro 18 ölkənin birgə bəyanatını imzalayıb və HƏMAS-ı Qəzzada olan girovları azad etməyə çağırıb.
Bundan əvvəl İsrail qırıcılarının Qəzzada radikal hədəflərə silsilə hücumlar təşkil etdiyi bildirilirdi.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər