Bütün xəbərlər
Əcnəbilər miqrasiya siyasətini pozduqlarına görə DXR-ə deportasiya ediliblər
Tarix: 01-05-2024 12:06 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, FSB-nin Donetsk Xalq Respublikası üzrə İdarəsinin mətbuat xidməti bir qrup əcnəbi vətəndaşın miqrasiya siyasətini pozduğuna görə bölgədən deportasiya edildiyini bildirib.
“Mariupol və Telmanovski rayonunda Rusiya Federasiyası ərazisində qeyri-qanuni yaşayan əcnəbi vətəndaşlar müəyyən edilib”, - deyə, məlumatda qeyd olunub ki, 7 nəfər inzibati məsuliyyətə cəlb edilib və daha sonra ölkədən çıxarılıb.
Yoxlama tədbirləri Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyası və FSB Direktorluğunun iştirakı ilə həyata keçirilib. Hazırda DXR ərazisində reydlər davam edir.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər