Bütün xəbərlər
Volk: "Moskva polisi qırğız diplomatın həyat yoldaşının şikayətindən sonra araşdırmaya başlayıb"
Tarix: 13-04-2024 20:27 | Bölmə: Manşet

Moskvada Qırğızıstandan olan diplomatın həyat yoldaşına qarşı qanunsuz hərəkətlərdə şübhəli bilinən polis əməkdaşlarının daxili auditi başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk öz Telegram kanalında polis əməkdaşlarına Nijeqorodskaya küçəsində yaşayan qadından şikayət daxil olduğunu bildirib.
Aprelin 8-də polis əməkdaşları tərəfindən yaşayış sahəsinə profilaktik baxış keçirilib. RİA Novosti xəbər verir ki, mənzillərdən birinin sakini onun şəxsiyyətini təsdiq edən sənədləri işçilərə göstərməkdən qəti şəkildə imtina edib.
Qadın polisə bildirib ki, o, Qırğızıstan səfirliyinin əməkdaşının həyat yoldaşıdır. Ünsiyyət zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olmayıb və ərizəçiyə heç bir təsir göstərməyiblər. Qeyd olunur ki, polis bu mənzildə diplomatların yaşadığını bilməyib.


Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər