Bütün xəbərlər
“Mançester Siti” “Çelsi”ni məğlub edərək, İngiltərə kubokunun finalına yüksəlib
Tarix: 20-04-2024 23:09 | Bölmə: Manşet

“Mançester Siti”nin futbolçuları İngiltərə kubokunun finalına yüksəlib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarımfinalda “şəhərlilər” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
84-cü dəqiqəyə kimi Londondakı “Uembli” stadionunda tabloda sıfırlar göstərilirdi. Bernardo Silvanın qolu sayəsində hesab dəyişib. “Mavilər” qalib gələ bilməyib.
Pep Qvardiolanın komandası İngiltərə kubokunun finalında “Mançester Yunayted” – “Koventri Siti” cütlüyünün qalibi ilə qarşılaşacaq.


Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər